Atmosfer təzyiqinin oxunması zamanı aşağıdakı qaydalara riayət olunmalıdır: əgər təzyiqin verilmiş qiyməti 500-dən azdırsa (çoxdursa), xəyali olaraq onun əvvəlinə 10 (9) artırılır və son rəqəm vergül ilə ayrılır; əgər təzyiqin verilmiş qiyməti 500-ə bərabər olarsa onun əvvəlinə xəyali olaraq təzyiq sahəsindən asılı olaraq 9 və ya 10 əlavə edilir və sonuncu rəqəm vergül işarəsi ilə ayrılır.
Hava xəritəsində atmosfer təzyiqinin oxunmasına nümunə:
Hava xəritəsində atmosfer təzyiqinin oxunmasına nümunə:
Hündürlüyə qalxdıqca atmosfer təzyiqi azalır, belə ki daha yuxarıda yerləşən hava sütununun kütləsi azalır. Hündürlüyə qalxdıqca təzyiqin dəyişməsinin qanunauyğunluğunu müəyyən etmək üçün şaquli olaraq yuxarı istiqamətlənmiş H oxlu koordinat sistemi götürək. Təsəvvür edək ki, XY səthində hacvanın təzyiqi P-yə bərabərdir. Hündürlüyü dH və en kəsiyininsahəsi 1 sm²-ə bərabər elementar həcm ayıraq (şəkil 1). Hava həcminin yuxarı hissəsində təzyiq P – dP olacaqdır. Təzyiqin dP dəyişməsi baxılan həcmdə olan havanın çəkisinə bərabər olacaqdır (ρdH – kütlə, ρgdH- çəki).