Antisiklon - mərkəzində maksimal təzyiqə malik olan, hava xəritələrində qapalı izobarlarla təsvir olunan yüksək təzyiq sahəsidir. Ukraynanın və MDB ölkələrinin hava xəritələrində “В ” (yüksək təzyiq) hərfi ilə, beynəlxalq xəritələrdə isə - “Н” (high pressure) hərfi ilə qeyd olunur. Antisiklonda təzyiq mərkəzdən kənarlarına doğru azalır.
Təzyiq çökəkliyi – siklonun mərkəzindən kənarına doğru uzanmış və ya iki antisiklon arasında çökəklik şəkilli alçaq təzyiq sahəsinə deyilir. Təzyiq çökəkliyində alçaq təzyiq nöqtələrini birləşdirən xəttə təzyiq çökəkliyiynin oxu deyilir.