Eşelonda uçuş hündürlüyü barometrik hündürlükölçən vasitəsilə saxlanılır, belə ki, şkalanın sıfır qiyməti 760 mm c.s. təzyiqə uyğun gəlir. Buna görə də eşelonda uçuş eyni izobarik səth üzrə həyata keçirilir. Uçuşun həqiqi (ərazinin relyefi üzərində hündürlük) və mütləq (dəniz səviyyəsindən olan hündürlük) hündürlüyü barometrik uçuş hündürlüyündən əhəmiyyətli dərəcədə fərqlənə bilir. Bu, onunla əlaqədardır ki, müxtəlif rayonlar üzərində 760 mm c.s. təzyiqə malik səviyyə dəniz səviyyəsindən müxtəlif hündürlüklərdə yerləşir, yəni izobarik səthlər dəniz səviyyəsinə paralel olaraq yerləşir. Şəkil 3-də eşelonda uçuş zamanı mütləq və barometrik hündürlüyün dəyişməsi sxematik olaraq göstərilmişdir.