Hündürlüyə qalxdıqca havanın sıxlığı azalır, belə ki, hündürlüyə qalxdıqca təzyiq temperatura nisbətən daha sürətlə azalır. 5 km hündürlüyə qədər təzyiq iki dəfə azaldığı halda, havanın temperaturu cəmi 12% düşmüş olur. Temperaturun düşməsi sızlığın azalmasını bir qədər ləngidir, buna görə də sıxlıq təzyiqə nisbətən daha yavaş azalır. 5 km yüksəklikdə havanın sıxlığı yer səthindəki sıxlığın 60 5-ni, 10 km yüksəklikdə isə 35 5-ni təşkil edir.
Havanın sıxlığı həm də onun tütubətliyindən asılıdır. Temperatur və təzyiqin bərabər qiymətlərində su buxarının sıxlığı quru havanın sıxlığının 0,622 hissəsini təşkil edir. Buna görə də rütubətli hava quru havadan daha yüngüldür. 40°С və 100% nisbi rütubət şəraitində rütubətli hava quru havadan 2,8 % daha yüngül olur. Rütubətli havanın sıxlığını təyin etmək üçün virtual temperaturdanistifadə olunur (Тγ). Virtual temperaturda quru havanın sıxlığı rütubətli havanın sıxlığına bərabərolur. Virtual temperatur dedikdə eyni təzyiq (P) şəraitində quru havanın sıxlığı rütubətli havann sıxlığına bərabər olur:.: