Yer səthində standart təzyiqdə Ро = 1013,2 hPa (760 mm c.s.) h= 11 m/mm c.s. Və ya h = 8 m/hPa
Təzyiqin atmosferdə paylanmasını bütün nöqtərədə eyni təzyiqə malik saysız səthlər şəklində təsvir etmək olar. Belə səthlər izobarik (izo – bərabər, baros – ağırlıq, təzyiq) səthlər adlanırlar. Onlar bir birinin üzərində olmaqla dəniz səviyyəsinə paralel olaraq yerləşirlər. Bu isə öz növbəsində havanın temperaturu və təzyiqin üfüqi istiqamətdə qeyri-bərabər paylanması və fərqli barik pillə ilə izah olunur. İzobarik səthlərin hündürlüyü həmçinin dəniz səviyyəsindən geopotensial vahidlərlə hesablanır.