The Civil Society Project



Yüklə 121,59 Kb.
tarix23.10.2017
ölçüsü121,59 Kb.
#11591



Vətəndaş Cəmiyyəti layihəsi

Vətəndaş İştirakçılığı üzrə Qrantlar
Şəffaflıq təşəbbüslərinin genişləndirilməsi və yerli büdcə prosesində ictimai iştirakçılığın artırılması”

layihəsi üzrə

Yekun hesabat

(3 sentyabr 2007 – 3 may 2008 il)


ABŞ BİA 112-A-00-05-00050-00 saylı kooperativ müqaviləsi əsasında

Sub-qrant müqaviləsi No. CSP/CE – 07/09

Sub-qrantı alan təşkilat: İqtisadi Tədqiqatlar Mərkəzi

Hesabatı təqdim edən şəxs: Tural Məmmədov

Təqdim olunmuş tarix: 30 may, 2008
Mündəricat
Giriş
Fəsil 1. Tərəfdaş bələdiyyələrin seçimi və texniki avadanlıqlarla təmin olunması


    1. Region bələdiyyələrinin iştirakı ilə dəyirmi masa keçirilib

    2. Siyahıya salınmış bələdiyyələrlə tanışlıq və son seçim

    3. Seçilmiş bələdiyyələr texniki avadanlıqlarla təmin olunub

    4. Büdcə prosesi avtomatlaşdırılıb və “Şəffaf büdcə” proqramı tətbiq olunub

    5. YVÖK-lər hazırlanıb və yerli sakinlərə təqdim olunub

Fəsil 2. Bələdiyyələrin büdcə işində məlumatlılığın, hesabatlılığın və ictimai iştirakçılığın təmin olunması

2.1. Tərəfdaş bələdiyyələrin 2008-ci il üçün büdcə proqnozları yerli

sakinlərlə müzakirə olunub

2.2. 2008-ci ilin büdcə proqnozları qəzetdə dərc olunub və yerli sakinlər

arasında paylanılıb

2.3. Büdcə guşələri yaradılıb

2.4. Büdcə dinləmələri keçirilib

2.5. 2007-ci ilin icra olunmuş büdcə məlumatları qəzetdə dərc olunub və yerli

sakinlər arasında paylanılıb

2.6. Yerli sakinlərə 2007-ci ildə görülmüş işlərin hesabatı verilib



Fəsil 3. Yerli büdcənin təhlili və qiymətləndirilməsi

3.1. Piral və Həsənqala kəndlərində “vətəndaşın hesabat kartı” rəy sorğusu

keçirilib

3.2. Sorğu nəticələri bələdiyyə nümayəndələri və yerli sakinlərin iştirakı

ilə dəyirmi masada müzakirə olunub

Əldə olunmuş nəticələr və uğurlar


Giriş
3 sentyabr 2007-ci il tarixdə İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti Layihəsi arasında bağlanmış CSP/CE-07/09 saylı müqaviləyə əsasən İTM “Yerli büdcə prosesində şəffaflıq təşəbbüslərinin günişləndirilməsi və ictimai iştirakçılığın təmin olunması” layihəsini həyata keçirilib. Layihə çərçivəsində Quba rayonunun 4 bələdiyyəsi ilə pilot qaydasında əməkdaşlıq edilib. Layihə fəaliyyətlərinə uyğun olaraq tərəfdaş bələdiyyələrin kompüter dəsti ilə təmin olunması və kompüter biliklərinin artırılması, yerli büdcə prosesinin avtomatlaşdırılması məqsədilə İTM tərəfindən hazırlanmış “Şəffaf büdcə” kompüter hesablama proqramının tətbiq olunması, yerli büdcə prosesində məlumatlılıq, hesabatlılıq və vətəndaş iştirakçılığı artırılması istiqamətində işlər görülüb. Tərəfdaş bələdiyyələrin ərazisində yerli sakinlərin iştirakı ilə 8 dəyirmi masa və 3 ictimai dinləmə təşkil olunub. Yerli sakinlərin büdcə məlumatlarına çıxışının asanlaşdırılması məqsədilə layihə çərçivəsində 2 dəfə “Bələdiyyə büdcəsi” qəzeti dərc olunaraq əhali arasında pulsuz paylanıb. qəzetlərin dərci və kənd sakinləri arasında paylanması yerli əhalinin büdcə ilə bağlılı məlumatlılığının artmasına və keçirilmiş dinləmələrdə öz təklif və iradlarını konkretləşdirməyə imkan yaradıb. Həmçinin layihə çərçivəsində təşkil olunmuş dinləmələrdə yerli sakinlər bələdiyyənin növbəti ilki büdcə proqnozlaşdırmasında birbişa iştirak imkanı əldə edib və öz təkliflərini səsləndiriblər. Bundan əlavə tərəfdaş bələdiyyələrin ərazisində yaşayan yerli sakinlərə yerli vergi ödəyicisinin kodu (YVÖK) şəhadətnamələri də hazırlanaraq təqdim olunub.

Layihə çərçivəsində həmçinin Qusar rayonunun Piral və Həsənqala bələdiyyələrində “vətəndaşın hesabat kartı” rəy sorğunun keçirilməsi vasitəsilə yerli sakinlərə bələdiyyələrin fəaliyyətini qiymətləndirmək üçün şərait yaradılıb. Sorğu nəticələri layihə ekspertləri tərəfindən təhlil olunduqdan sonra bələdiyyə nümayəndələri və yerli iştirakı ilə “Vətəndaşın toplantı meydançası” tipli ictimai müzakirələr təşkil olunub və qarşıya çıxan problemlərin həlli yolları birgə müzakirə olunub.



Layihədən əldə olunmuş nəticələr və qazanılmış uğurlar isə tam hesabat şəklində təqdim olunur.
Fəsil 1. Tərəfdaş bələdiyyələrin seçimi və texniki ləvazimatlarla təmin olunması

    1. Region bələdiyyələrinin iştirakı ilə dəyirmi masa keçirilib

Layihə çərçivəsində Quba rayonun 4 bələdiyyəsi ilə pilot qaydasında əməkdaşlıq edilib. İlkin olaraq Quba rayonu bələdiyyələri ilə tanışlıq və layihənin təqdimatı məqsədilə dəyirmi masa keçirilib. Onu da qeyd edək ki, dəyirmi masa Quba Rayon İcra Hakimiyyəti ilə qarşılıqlı əməkdaşlıq şəraitində baş tutub və tədbirdə bələdiyyələrin iştirakını İcra Hakimiyyəti təmin edib. 28 sentyabr 2007-ci il tarixdə Quba rayonunda yerləşən “Yüksəl” kafesində keçirilmiş tədbirdə rayonun 14 bələdiyyəsini təmsil edən sədr və mühasiblər iştirak edib. Tədbir iştirakçılarına layihənin məqsədi və həyata keçiriləcək fəaliyyətlər haqqında məlumat verilib, bu istiqamətdə müzakirələr aparılıb. Tədbirin sonunda bütün bələdiyyələrə sorğu anketləri paylanıb. Anketdə layihənin kriteriyalarına uyğun hazırlanmış sualların cavablandırılması tələb olunurdu və növbəti mərhələdə bələdiyyələrin seçimi bu sorğu anketlərinə müvafiq olaraq aparılıb. Bələdiyyələrin seçimi ilə bağlı müəyyənləşdirilmiş kriteriyalar aşağıdakılardır:

  1. Bələdiyyə büdcəsinin 8000 AZN-dən az olmaması

  2. Bələdiyyə ərazisisndə yaşayan əhalinin 1000 nəfərdən az olmaması

  3. Bələdiyyə üzvlərinin şəffaflığa meylliliyi

  4. Bələdiyyə üzv və qulluqçularının təhsil səviyyəsi

  5. Bələdiyyənin müstəqil fəaliyyət göstəriciləri

  6. Yerli əhalinin fəallıq səviyyəsi

Sorğu anketlərinin müayinəsi zamanı isə ilkin siyahıya 7 bələdiyyə daxil edilib:



Bələdiyyənin adı

Büdcəsi

Əhalinin sayı

Torpaq sahəsi

1

Paşaoba

14700 AZN

1056

735 ha

2

Alekseyevka

17500 AZN

2968

498 ha

3

Alpan

10600 AZN

3700

1860 ha

4

Zizik

17500 AZN

1700

610 ha

5

Iqriq

9800 AZN

1520

463 ha

6

Xucbala

10410 AZN

1450

652 ha

7

Hacıhüseynli

14200 AZN

2100

1160




    1. Siyahıya salınmış bələdiyyələrlə tanışlıq və son seçim

Seçim turunun ikinci mərhələsində isə ilkin siyahıya salınmış 7 bələdiyyənin üzv və qulluqçuları ilə tanışlıq məqsədilə bələdiyyələrin ərazisinə səfər edilib. Səfər zamanı bələdiyyə nümayəndələrinin layihəyə münasibəti öyrənilib, büdcə sənədləri yoxlanılıb və layihə çərçivəsində görüləcək işlər haqqında müzakirələr aparılıb. Yekunda isə 4 bələdiyyə ilə pilot qaydasında əməkdaşlıq edilməsi qərara alınıb və digər üç bələdiyyə alternativ siyahıda saxlanılıb. Belə ki, ilkin olaraq layihə pilot qaydasında seçilmiş bələdiyyələr Paşaoba, İqriq, Alekseyevka və Zizik bələdiyyələri olub. Layihənin gedişi zamanı isə Zizik bələdiyyəsi ilə əməkdaşlığa son verilərək onun əvəzinə Hacıhüseynli bələdiyyəsi seçilib. Zizik bələdiyyəsi ilə əməkdaşlığın dayandırılması səbəbləri hesabatın sonra bölmələrində izah olunur.


    1. Seçilmiş bələdiyyələr texniki avadanlıqlarla təmin olunub

Layihənin əsas məqsədlərindən biri tərəfdaş bələdiyyələrin müasir imformasiya kommunikasiya texnologoyalarına çıxışını təmin etməkdir. Bu məqsədlə layihənin koordinatoru Elşad Mikayılov 24 oktyabr 2007-ci il tarixdə bələdiyyələrin ərazisinə səfər edərək texniki avadanlıqları quraşdırıb və bələdiyyə nümayəndələrinə kompüterdə işləməkla bağlı ilkin məlumatlandırma təlimi keçib. Tərəfdaş bələdiyyələrə verilmiş texniki avadanlıqların siyahısı aşağıdakı kimidir:

- 1 ədəd – kompüter (Acer Power F6, Cel D352 (3,2 GHz, 512 Kb, 533 MHZ), ATI RC415, 512 Mb, DDR2, 80Gb, Integr. ATI, RC415, DVD/CDRW, Gigabit LAN, FreeDOS, 1y warr.Monitor Acer 17’ LCD)

- 1 ədəd – printer (HP laserJet 1018, A4, 12 ppm,600x600 dpi, 2 MB RAM, USB 2.0, 3000 pages, 1y warr)

- 1 ədəd UPS (ART 600, 360 W, 10 min half road runtime, 160-290 VAC)

- 1 ədəd genertaor (ASTRA 3,5 Kva)

Bundan əlavə layihənin ötən ilki dövründə əməkdaşlıq edilən Piral və Həsənqala bələdiyyələrinə HP lazerjet M 1005 Printer, Scanner, Copier verilib.





    1. Büdcə prosesi avtomatlaşdırılıb və “Şəffaf büdcə” proqramı tətbiq olunub

Layihə çərçivəsində əməkdaşlıq edilən bələdiyyəldə yerli büdcə prosesinin tam avtomatlaşdırılması nəzərdə tutulurdu. Belə ki, tərəfdaş bələdiyyələr layihənin ilk dövrlərindən başlayaraq bütün sənədləri kompüterdə işləyib və artıq bələdiyyələrdə bütün sənədləşmələr kompüter vasitəsilə aparılır.

Bundan əlavə tərəfdaş bələdiyyələr “Şəffaf büdcə” kompüter proqramının imkanlarından da yararlanıblar. İqtisadi Tədqiqatlar Mərkəzinin yerli büdcə prosesinin avtomatlaşdırılması məqsədilə 2006-cı ildə yaradılan “Şəffaf büdcə” kompüter proqramı 2007-2008-ci illər ərzində daha da təkmilləşdirilib və Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı da işlər görülüb. Belə ki, proqramda Vergilər Nazirliyinin tövsiyələrinə uyğun olaraq hazırlanmış şəxsi hesab vərəqəsi əlavə olunub və illər üzrə fəaliyyətin qurulması avtomatlaşdırılıb. Proqrama Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərfindən müsbət rəy verilib. Həmçinin proqram Müəlliflik Hüquqları Agentliyində İTM-in mülkiyyəti kimi qeydiyyatdan keçib.

Mart ayından başlayara proqramın tərəfdaş bələdiyyələrdə tətbiqinə start verilib. Bələdiyyələrin kompüterinə yüklənən proqram haqqında bələdiyyə nümayəndələrinə təlim keçilib və proqramın iş prinsiplərini özündə əks etdirən kitab təqdim olunub. Proqramın tətbiqi bələdiyyələrin işini asanlaşdırıb. Belə proqramda həm yerli vergi və ödənişlərin hesablanma qaydaları, həm də büdcə prosesinə nəzarət avtomatlaşdırılıb. Proqramın tətbiqindən sonra yerli sakinlərin müraciətləri də artıb. Belə ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən əhalidən toplanan vergilərin həcmi bir qədər azalıb, lakin bələdiyyələr hələ də vergiləri köhnə məcəlləyə əsasən toplayırdı. Proqramın tətbiqi bu məsələnin aydınlaşdırılmasına gətirib çıxarıb. Hətta proqram tərəfdaş bələdiyyələrdən Hacıhüseynli bələdiyyəsinin kompüterinə yüklənən zaman bələdiyyə idarəsində olan kənd sakinlərindən biri bu faktı qəbul edərək bu ilki vergisini yerində ödəyib.

Proqramın yeni forması İTM-in layihənin ötən ilki dövründə əməkdaşlıq etdiyi Şəki rayonunun Kiş, Lənkaran rayonunun isə İstisu və Cil bələdiyyələrində də tətbiq olunub. Fevral ayının 7-də Mərkəzin əməkdaşı Rəcəb İmanov həyata keçirilən başqa bir layihə çərçivəsində səfər edərkən Kiş bələdiyyəsinin kompüterinə proqramın yeni variantını yükləyib. İstisu və Cil bələdiyyələrində isə proqrtamın yeni variantını tətbiqi cari layihə çərçivəsində Vətəndaş Cəmiyyəti Layihəsi ilə razılıq şəraitində edilən səfər zamanı yüklənib.




    1. YVÖK-lər hazırlanıb və yerli sakinlərə təqdim olunub

Həyata keçirilmiş layihədə bütün tədbirlər ölkə qanunvericiliyinə uyğun aparılıb. Belə ki, Vergilər Nazirliyinin 2 il bundan əvvəl hazırladığı tövsiyələrə əsasən bütün yerli vergi ödəyicilərinin Yerli Vergi Ödəyicisinin Kodu (YVÖK) sisteminə keçməsi tövsiyə edilir. Bu sistem vergi ödəyicilərinin uçota alınması və vergi öhdəliklərinin müəyyənləşdirilməsi istiqamətində bələdiyyələrin işini daha da asanlaşdırır. Lakin ölkə üzrə bələdiyyələrin bunu həyata keçirmək imkanları bir qədər məhduddur. Tərəfdaş bələdiyyələrə YVÖK Şəhadətnamələrinin hazırlanması istiqamətində göstərişlər verilib və hazırlanmış şəhadətnamələr yerli sakinlər arasında paylanılıb.

Fəsil 2. Bələdiyyələrin büdcə işində məlumatlılığın, hesabatlılığın və ictimai iştirakçılığın təmin olunması

2.1. Tərəfdaş bələdiyyələrin 2008-ci il üçün büdcə proqnozları yerli

sakinlərlə müzakirə olunub

Layihə çərçivəsində büdcə proqnozlaşdırılması prosesində bələdiyyələrin yerli sakinlərin mövqeyini öyrənməsi məqsədilə dəyirmi masalar təşkil olunub. Dyirmi masada ilkin büdcə proqnozları yerli sakinlərə təqdim olunub və bu istiqamətdə təkliflər dinlənilib.



Birinci dəyirmi masa 9 noyabr 2007-ci il saat 11.00-da Paşaoba kəndirndə keçirilib. Tədbirdə 25 nəfər yaxın kənd sakini iştirak edib. Tədbirdə həmçinin layihənin koordinatoru Elşad Mikayılov və layihə eksperti Rövşən Ağayev də iştirak ediblər. Büdcə prosesi və prosesdə vətəndaş iştirakçılığının əhəmiyyətindən danışan R.Ağayev iştirakçıları fəal olmağa dəvət edib. Sonra isə bələdiyyə sədri Sabir Qurbanov ilkin büdcə proqnozlarını təqdim edib. Yerli sakinlər büdcəyə münasibət bildirərkən əsasən kəndin təbii qazla təmin olunması və yolların yararlı hala salınması kimi təkliflər səsləndiriblər. Bu təkliflər bələdiyyə sədri tərəfindən dinlənilib və bələdiyyənin səlahiyyətləri daxilində olan bütün problemlərin həll olunacağı qeyd olunub.

Ikinci dəyirmi masa 9 noyabr 2007-ci il tarixdə saat 14.00-da İqriq kəndində keçirilib. tədbirdə 30-a yaxın yerli sakin iştirak edib. Büdcə prosesi və prosesdə vətəndaş iştirakçılığının əhəmiyyətindən danışan R.Ağayev iştirakçıları fəal olmağa dəvət edib. Bələdiyyə sədri Nəcəfqulu Əzizov ilkin büdcə proqnozları haqqında məlumat verdikdən sonra isə əhalinin təklifləri dinlənilib. Kənd müəllimləri növbəti ildə məktəbə ayrılan xərclərin artırılmasını təklif ediblər. Belə ki, məktəbin yardımçı binaya ehtiyacı va və bu işdə bələdiyyənin köməkliyinə ehtiyac duyulur. Yerli sakinlər həmçinin növbəti ildə kəndin su və işıq probleminin də həllini tələb ediblər.

Üçüncü dəyirmi masa 20 noyabr 2007-ci il saat 11.00-da Alekseyevka bələdiyyəsinin iclas zalında keçirilib. Tədbirdə bələdiyyə üzvləri, yerli icra nümayəndəsi, kənd məktəbinin müəllimləri və 35-ə yaxın siravi kənd sakinləri iştirak edib. Tədbiri giriş sözü ilə açan T.Məmmədov layihə haqqında iştirakçılara məlumat verib və yerli büdcə prosesində vətəndaş iştirakçılığının əhəmiyyətindən danışıb. Sonra isə Alekseyevka bələdiyyəsinin mühasibi Beybut Məmmədov 2008-ci il üçün proqnozlaşdırılan büdcə göstəriciləri haqqında məruzə edib. Kənd sakinləri əsas problemlərin suvarma sisteminin yararsız vəziyyətdə olması, gübrə və dərmanların keyfiyyətsiz olması, yerşumlayan traktorların xidmət göstərmək üçün tələb etdiyi vəsaitin çox olması, işıq transformatorlarının təmirə ehtiyacı olduğunu, elektrik şalbanları və kəndarası yolların bərbad vəziyyətdə olduğunu bildiriblər. Kənd məktəbinin müəllimi Camal müəllim əhalidə bələdiyyəyə inamın az olduğunu və təhsil üçün ayrılan vəsaitin kifayət etmədiyini bildirdi. Yerli icra nümayəndəsi isə əhalinin vergiləri vaxtlı-vaxtında ödəməməsindən şikayətlənərək, bunun müqabilində bələdiyyənin gördüyü işləri yüksək qiymətləndirdi.

Sonuncu dəyirmi masa isə 20 noyabr 2007-ci il saat 14.00-da Quba rayon Zizik bələdiyyəsinin binasında keçirilib. Dəyirmi masada bələdiyyə üzvləri, 20-yə yaxın fəal kənd sakini iştirak edirdi. Bələdiyyənin mühasibi Qəhrəman Abayev proqnoz büdcə göstəriciləri haqqında məlumat verdikdən sonra büdcə ətrafında müzakirələr başlayıb. Yerli əhali ilkin olaraq bu tipli kütləvi tədbirlərin intensiv keçirilməsi təklifi ilə çıxış ediblər. Yerli problemlərdən daha çox kənd sakinlərinin əziyyət çəkdiyini eyd edərək bunun bələdiyyə nümayəndələrinin məlumatlılığının artmasına da köməklik göstərəcəyini bildiriblər. Əsas problemlər kimi isə kəndarası yolların təmirə ehtiyac duyması, elektrik dirəklərinin yarasız halda olması, gübrə çatışmazlığı və gübrələrin keyfiyyətsiz olması və s. kimi səsləndirilib. Bu problemlərin həllinin növbəti ildə nəzərə alınması tələb olunub. Bələdiyyə nümayəndələri isə bu istiqamətdə mümkün addımların atılacağını bildiriblər.

2.2. 2008-ci ilin büdcə proqnozları qəzetdə dərc olunub və yerli sakinlər

arasında paylanılıb

Layihə çərçivəsində yerli əhalinin büdcə məlumatlarına əlçatanlığının təmin edilməsi məqsədilə planlaşdırılan fəaliyyətlərdən biri də 2008-ci il üçün proqnoz büdcə göstəricilərinin qəzetdə dərc edilərək yerli əhali arasında paylanması idi. Bununla bağlı olaraq noyabr ayı ərzində tərəfdaş bələdiyyələrdən toplanmış büdcə məlumatları layihə ekspertləri tərəfindən təhlil olunaraq qəzetdə çap olunmaq üçün təqdim olunub. Qəzetdə hər 4 bələdiyyənin (Paşaoba, İqriq, Alekseyevka və Zizik) büdcə gəlirlərinin təsnifatı, büdcə xərclərinin funksional və iqtisadi təsnifatı izahlı şəkildə yerli sakinlərə təqdim olunub. Belə ki, qəzetin 1-ci səhifəsində “Səmərəli büdcə prosesi fəal ictimai işçtirakçılığı tələb edir”, sonuncu, 8-ci səhifəsində isə “Yerli büdcələrdə şəffaflıq: bələdiyyə-icma məsuliyyəti” adlı yazılara yer verilib. Bu məqalələrin verilməsində məqsəd yerli sakinlərin büdcə prosesində ictimai iştirakçılıqla bağlı biliklərini artıqmaq və bu istiqamətdə maarifləndirmə işini aparmaqdır. 2,3,4 və 5-ci səhifələrdə tərəfdaş bələdiyyələrin 2008-ci il üçün proqnoz büdcə göstəricilərinin gəlirlərinin təsnifatı, xərclərinin iqtisadi təsnifatı və gəli və xərclərin pay nisbəti qrafik şəklində, həmçinin hər bi bələdiyyənin ərazisində keçirilməsi nəzərdə tutulan ictiami dinləmələrlə bağlı elan verilmişdir. Bundan əlavə büdcənin gəlir və xərc maddələrinin izahatı da bu səhifələrdə öz əksini tapıb. 6-ci və 7-ci səhifələrdə isə bələdiyyələrin büdcə xərclərinin funksional təsnifatı və ona dair izahat, həmçinin noyabr ayında yerli sakinlərin iştirakı ilə təşkil olunmuş dəyirmi masalardan hazırlanmış qısa məlumat öz əksini tapıb. (qəzet hesabata əlavə olunur). Materiallar çapa hazırlandıqdan sonra “Ekspert” iqtisad jurnalının xüsusi buraxılışı olan “Bələdiyyə büdcəsi” qəzeti 10 dekabr 2007-ci il tarixdə 2000 tirajla “Ekspress” mətbəəsində çap olunub. Dekabr ayının 12-də isə bələdiyyələrə səfər təşkil olunub və qəzetlərin yerli əhali arasında paylanması prosesi 2 günə başa çatdırılıb.


2.3. Büdcə guşələri yaradılıb

Bələdiyyələrin fəaliyyəti və yerli büdcə prosesinin mərhələli icrası ilə bağlı yerli sakinlərin məlumatlılıq səviyyəsinin artıqılması məqsədilə tərəfdaş bələdiyyələrdə büdcə guşələri yaradılıb. Guşədə bələdiyyə elanları, büdcənin icrası ilə bağlı rüblük məlumatlar, vergi güzəştləri rərbiq olunan əhalinin siyahısı, bələdiyyə tərəfindən sosial cəhətdən dəstəklənən yoxsul insanların siyahısı və eləcə də növbəti ilin proqnoz büdcə göstəriciləri yerləşdirilib. Guşədə həmçinin layihə çərçivəsində nəşr olunmuş “Bələdiyyə büdcəsi” qəzetindən də 1 nüsxə yerləşdirilib.


2.4. Büdcə dinləmələri keçirilib

Yerli büdcə prosesində vətəndaş iştirakçılığının artırılması layihə çərçivəsində qarşıya qoyulmuş məqsədlərdən biridir. Belə ki, yerli büdcə vəsaitlərinin əhalinin istiyinə uyğun xərclənməsi və bu prosesdə yerli sakinlərin iştirakçılığı son nəticədə vəsaitlərin şəffaf və əhalinin maraqlarına uyğun xərclənməsinə gətirib çıxarar. Layihə çərçivəsində vətəndaş iştirakçılığının kütləvi formalarından olan büdcə dinləmələrinin keçirilməsi nəzərdə tutulurdu. Dinləmələrin səmərəli təşkili üçün 15 gün əvvəldən hazırlıq işlərinə başlanılıb. Belə ki, bələdiyyələrin 2008-ci il üçün büdcə proqnozları qəzetdə nəşr olunaraq kənd əhalisinə paylanılıb, kəndin bir neçə yerində tədbirin keçirilməsi ilə bağlı elanlar vurulub və həmçinin kənd əhalisi ilə fərdi görüşlər keçirilərək tədbirin məqsədi haqqında məlumat verilib. Onu da qeyd edək ki, tədbirlərin gedişi zamanı bütün iştirakçılar büdcənin dərc olunduğu qəzetlə təmin olunublar. Bundan əlavə dinləmənin daha səmərəli təşkili, tədbirin reqlamentləşdirilməsi məqsədilə nümunəvi gündəlik forması və məruzə forması hazırlanaraq bələdiyyə nümayəndələrinə təqdim olunub. Dinləmələrdə layihə ekspertləri moderator qismində iştirak ediblər. Onu da qeyd edək ki, tərəfdaş bələdiyyələrdən 4-də büdcə dinləmələrinin keçirilməsi nəzərdə tutulurdu. Dinləmələrdən 3-ü uğurla keçirilsə də, Zizik bələdiyyəsində dinləmə baş tutmayıb və adıçəkilən bələdiyyə ilə əməkdaşlığın dayandırılması qərara alınıb (Əməkdaşlığın dayandırılmasının səbəbləri isə hesabatın sonrakı bölümündə təqdim olunub).



18 dekabr 2007-ci il saat 11.00-da Alekseyevka bələdiyyəsinin iclas zalında bələdiyyənin 2008-ci il üçün proqnoz büdcə göstəricilərinin yerli sakinlərlə müzakirəsi məqsədilə büdcə dinləməsi təşkil olunub. Tədbirdə 45 nəfərə yaxın kənd sakini iştirak edib. Tədbiri giriş sözü ilə açan layihənin eksperti Qubad İbadoğlu layihə haqqında iştirakçılara məlumat verib və yerli büdcə prosesində vətəndaş iştirakçılığının əhəmiyyətindən danışıb. Sonra isə Alekseyevka bələdiyyəsinin mühasibi 2008-ci il üçün proqnozlaşdırılan büdcə göstəriciləri haqqında məruzə edib. Ümumilikdə tədbir iştirakçılarından 9 nəfər öz təklif, irad və şikayətlərini səsləndiriblər. Kənd sakinləri əsas problemlərin suvarma sisteminin yararsız vəziyyətdə olması, gübrə və dərmanların keyfiyyətsiz olması, yerşumlayan traktorların xidmət göstərmək üçün tələb etdiyi vəsaitin çox olması, işıq transformatorlarının təmirə ehtiyacı olduğunu, elektrik şalbanları və kəndarası yolların bərbad vəziyyətdə olduğunu bildiriblər. Yerli icra nümayəndəsi isə əhalinin vergiləri vaxtlı-vaxtında ödəməməsindən şikayətlənərək, bunun müqabilində bələdiyyənin gördüyü işləri yüksək qiymətləndirdi. Kənd məktəbinin müəllimi Camal müəllim əhalidə bələdiyyə fəaliyyətindən məlumatsız olduğunu və təhsil üçün ayrılan vəsaitin kifayət etmədiyini bildirdi. O, təhsilə ayrılan vəsaitin artırılması təklifi ilə çıxış edib və müzakirələr nəticəsində bu vəsait 300 manatdan 500 manata qədər artırılıb. Həmçinin yerli sakinlərin təklifi ilə təqaüdlər və sosial müavinətlər bölməsinə ayrılan vəsaitlər 550 manatdan 800 manatadək artırılıb. Büdcə xərcləri ilə bağlı başqa təklif olmayıb və tədbir yekunlaşdırılıb. Təsdiq olunmuş büdcənin büdcə guşəsində yerləşdirilməsinə qərar verilib.

24 dekabr 2007-ci il tarixdə saat 11.00-da Paşaoba kənd klubunda bələdiyyənin 2008-ci il üçün proqnoz büdcə göstəricilərinin yerli sakinlərlə müzakirəsi məqsədilə büdcə dinləməsi təşkil olunub. Tədbirdə 40 nəfərə yaxın kənd sakini iştirak edib. Layihənin eksperti R.Ağayev giriş sözü ilə tədbiri açaraq yerli büdcə prosesində icimai işirakçılığın səmərəliliyi və büdcə vəsaitlərinin şəffaf istifadəsinin əhəmiyyəti haqqında məlumat verib. Daha sonra isə bələdiyyə sədri Sabir Qurbanov gələn ilin gözlənilən büdcə gəlirləri və bu vəsaitin hansı isiqamətlərdə xərclənməsi ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Sonra isə sual və təkliflərini bildirmək üçün söz kənd sakinlərinə verilib. Belə ki, tədbir iştirakçılarından 12 nəfəri öz təklif və iradlarını səsləndiriblər. Kənd sakinləri elekrik enerjisinin və qazın verilməsində problemin olunduğunu, su xətlərinin və kanalların, həmçinin yolların təmirə ehiyacı olduğunu bildiriblər. Tədbir iştirakçıları əsasən yol probleminin üzərində dayandılar və bu istiqamətə büdcədən daha çox vəsaitin ayrılmasını təklif etdilər. Iştirakçıların təklifi nəzərə alınaraq büdcədə bələdiyyə idarəsinə inventar və avadanlığın alınması məqsədilə ayrılmış 500 manatlıq vəsait yolların təmiri məqsədilə xərclənəcək vəsaitin üzərinə gəlinməsi qərara alındı. Bundan sonra da ümumi problemlər ətrafında müzakirələr aparıldı, lakin büdcəyə konkret dəyişiklik təklif olunmadı. Dekabr ayının 25-dək büdcədə müvafiq dəyişikliklər edilərək təsdiq ediləcək və təsdiq edilmiş büdcə də bələdiyyənin büdcə guşəsində yerləşdiriləcək.

24 dekabr 2007-ci il tarixdə saat 15.00-da İqriq kənd məktəbində bələdiyyənin 2008-ci il üçün proqnoz büdcə göstəricilərinin yerli sakinlərlə müzakirəsi məqsədilə büdcə dinləməsi təşkil olunub. Tədbirdə 35 nəfərə yaxın kənd sakini iştirak edib. Tədbiri giriş sözü ilə açan layihənin eksperti R.Ağayev yerli büdcə prosesində ictimai işirakçılığın səmərəliliyi və büdcə vəsaitlərinin şəffaf istifadəsinin əhəmiyyəti haqqında məlumat verib. Bələdiyyə sədri Nəcəfqulu Əzizov gələn ilin büdcəsinin gəlir istiqamərləri və görüləcək işlər haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra əhalinin sual və təklifləri dinlənilib. Ümumilikdə tədbir iştirakçılarından 7 nəfər öz təklif, irad və şikayətlərini səsləndiriblər. Ilkin olaraq kənd sakinləri torpaqların qiymətləri və zəpt olunmuş torpaqlar haqqında bələdiyyə sədrinin izahat verməyini tələb ediblər. Kənd əhalisinin məişət tullantılarını su arxına atmasından şikayətlənən tədbir iştirakçıları bu şəxslərin cərimələnməsini və həmin cərimə haqqının da bələdiyyə büdcəsinə ödənilməsi, qaz idarəsinin kənddə sayğaclaşma apardığını, lakin buna baxmayaraq kəndə qaz verilmədiyini, bununla bağlı bələdiyyənin kənd əhalisi adından qaz idarəsinə müraciət ünvanlaması kimi təkliflərlə çıxış etdilər. Əsas müzakirələr isə yol problemi ətrafında aparılıb. Belə ki, kəndarası yolların bəzilərinin bərbad vəziyyətdə olduğunu bildirən kənd sakinləri həmin yollara çınqıl tökülməsini və büdcədən bu istiqamətə ayrılan vəsaitin artırılmasını təklif etdi. Bələdiyyə sədri isə təklifi bələdiyyə şurasının iclasında müzakirə edib müvafiq dəyişikliklərin ediləcəyini bildirdi. Büdcə xərcləri ilə bağlı başqa təklif səsləndirilməyib və tədbir yekunlaşdırılıb. Qərara alınıb ki, dekabr ayının 25-dək büdcəyə müvafiq dəyişikliklər edilərək təsdiq edilsin və təsdiq edilmiş büdcə bələdiyyənin büdcə guşəsində yerləşdirilsin.

Qeyd: Hesabatın evvelinde qeyd etdiyimiz kimi layihə heyəti Zizik bələdiyyəsi ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib. Əməkdaşlığın dayandırılmasının isə konkret səbəbləri var:

  1. Seçim turu zamanı görüşüb layihənın kompanentləri haqqında məlumat verdiyimiz Zizik bələdiyyəsi ilkin olaraq bütün şərtləri qəbul etməsinə baxmayaraq, sonradan layihənin gedişi zamanı kütləvi tədbirlərin keçirilməsindən boyun qaçırıb.

  2. Seçim turu zamanı aparılan müzakirələr zamanı bələdiyyə sədr və üzvlərinin ali təhsilli olduğu qeyd olunsa da, sonrada məlum olub ki, bu doğru deyil. Belə ki, bələdiyyə sədri və bir neçə üzv orta thsilli, bəzi bələdiyyə üzvləri isə hətta natamam orta təhsillidir.

  3. Layihə fəaliyyəti dövründə bələdiyyə ərazisinə səfərlər zamanı bələdiyyə sədri demək olar ki, heç bir görüşdə iştirak eməyib və bütün görüşlər bələdiyyənin mühasibi Qəhrəman Abayevlə olub.

  4. Bələdiyyə ərazisinə edilən son səfər zamanı bizim mərkəz tərəfindən bələdiyyəyə verilmiş texniki avadanlıqların mənimsənilməsi hallarına rast gəlinib. Belə ki, bələdiyyəyə verilmiş genertoru bələdiyyə üzvləri şəxsi məqsədləri üçün istifadə etməyə başlayıb, halbuki bu avadanlıqlar layihə fəaliyyətinin təşkili üçün nəzərdə tutulub.

  5. Bələdiyyənin mühasibi Qəhrəman Abayevin sözlərinə görə layihə çərçivəsində “Bələdiyyə büdcəsi” qəzetində nəşr edilən Zizik bələdiyyəsinin 2008-ci il üçün proqnoz büdcə göstəriciləri ilə tanış olan kənd sakinləri büdcədə yeyinti olduğunu əsas tutaraq məhkəməyə müraciət edəcəklərini bəyan ediblər. Bu isə ictimai müzakirələrin keçirilməsi üçün bələdiyyə sədrinin götürdüyü öhdəliklərdən boyun qaçırmasına gətirib çıxarıb.

Buna görə də, layihənin əsas kompanentlərinin büdcə prosesində ictimai iştirakçılıq və şəffaflıq olduğunu nəzərə alaraq layihə heyəti bu əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun hesab etməyib.

Layihə çərçivəsində 4 bələdiyyə ilə əməkdaşlıq edilməsi nəzərdə tutulduğundan fəaliyyətin davam etdirilməsi üçün Zizik bələdiyyəsinin əvəzinə yeni bələdiyyənin seçimi qərara alınıb. Seçim əvvəlcədən alternativ siyahıya daxil eilmiş 3 bələdiyyə - Hacıhüseynli, Alpan və Xucbala bələdiyyələri arasından aparılıb. Seçim turu zamanı bu bələdiyyələrdən ikisinin ərazisinə - Hacıhüseynli və Xucbala bələdiyyələrinin ərazisinə səfərlər edilib, Alpan bələdiyyəsinə isə səfər baş tutmayıb. Buna səbəb isə bələdiyyənin dağlıq ərazidə yerləşməsi və ilin əvvəlində ölkə ərazisində qeyri sabit hava şəraitinin mövcudluğu olub. Belə ki, gələcək əməkdaşlıq dövründə də bu tip problemlərlə üzləşməmək məqsədilə həmin bələdiyyə ilə əmkdaşlıq edilməsi məqsədəuyğun hesab olunmur. Digər iki bələdiyyə ilə aparılan müzakirələrdən sonra layihə heyətinin birgə razılığı nəticəsində Hacıhüseynli bələdiyyəsi ilə əmkdaşlıq edilməsi qərara alınıb. Hacıhüseynli bələdiyyəsi ilə əməkdaşlığın başlıca səbəbləri aşağıdakılardır:

  1. Bələdiyyənin büdcə imkanlarının daha geniş olması. (Xucbala bələdiyyəsində 8000 AZN, Hacıhüseynli bələdiyyəsində 15000 AZN)

  2. Bələdiyyə üzv və qulluqçularının savadlılıq və intellektual səviyyəsinin daha yüksək olması.

  3. Coğrafi mövqeyinin daha əlverişli olması.


2.5. 2007-ci ilin icra olunmuş büdcə məlumatları dərc olunub və yerli sakinlər

arasında paylanıb

Layihə çərçivəsində yerli əhalinin büdcə məlumatlarına əlçatanlığının təmin edilməsi məqsədilə planlaşdırılan fəaliyyətlərdən biri də 2007-ci ildə bələdiyyənin fəaliyyəti ilə bağlı hesabatın qəzetdə dərc edilərək yerli əhali arasında paylanması idi. Bununla bağlı olaraq mart ayı ərzində tərəfdaş bələdiyyələrdən toplanmış büdcə məlumatları layihə ekspertləri tərəfindən təhlil olunaraq qəzetdə çap olunmaq üçün təqdim olunub. Qəzetdə hər 4 bələdiyyənin (Paşaoba, İqriq, Alekseyevka və Hacıhüseynli) büdcə gəlirlərinin təsnifatı, büdcə xərclərinin funksional və iqtisadi təsnifatı təqdim olunub. Belə ki, qəzetin 1-ci səhifəsində layihə çərçivəsində görülmüş işlər və əldə olunmuş nəticlər haqqında hesabat tipli yazı, sonuncu, 8-ci səhifəsində isə hər 4 bələdiyyədə keçirilmiş büdcə dinləmələrinin icmalı təqdim olunub. 2,3,4 və 5-ci səhifələrdə tərəfdaş bələdiyyələrin 2007-ci il üçün büdcə göstəricilərinin gəlirlərinin təsnifatı, xərclərinin iqtisadi təsnifatı və bələdiyyə sədrlərindən götürülmüş müsahibə, həmçinin hər bir bələdiyyənin ərazisində keçirilməsi nəzərdə tutulan dəyirmi masalarla bağlı elan verilmişdir. 6-ci və 7-ci səhifələrdə isə bələdiyyələrin ərazisində keçirilmiş sorğuların nəticələri verilib. Soğular kənd sakinləri arasında keçirilib və sorğunun keçirilməsində məqsəd yerli sakinlərin bələdiyyələrin ötən ilki fəaliyyətinə münasibətini öyrənmək və keçiriləcək dəyirmi masalarda qarşıya çıxan problemlərlə bağlı müzakirələr təşkil etmək olub. (qəzet hesabata əlavə olunur). Materiallar çapa hazırlandıqdan sonra “Ekspert” iqtisad jurnalının xüsusi buraxılışı olan “Bələdiyyə büdcəsi” qəzeti 15 aprel 2008-ci il tarixdə 2000 tirajla “Ekspress” mətbəəsində çap olunub. Aprel ayının 16-da isə bələdiyyələrə səfər təşkil olunub və qəzetlərin yerli əhali arasında paylanması prosesi 2 günə başa çatdırılıb.


2.6. Yerli sakinlərə 2007-ci ildə görülmüş işlərin hesanatı verilib

Yerli büdcə prosesində vətəndaş iştirakçılığının və hesabatlılığın artırılması layihə çərçivəsində qarşıya qoyulmuş məqsədlərdən biridir. Bu məqsədlə layihə çərçivəsində ötən ilin hesabat büdcəsinin yerli sakinlərə təqdim olunması məqsədilə dəyirmi masaların keçirilməsi nəzərdə tutulurdu. Dəyirmi masaların səmərəli təşkili üçün 20 gün əvvəldən hazırlıq işlərinə başlanılıb. Belə ki, bələdiyyələrin 2007-ci il üçün icra olunmuş büdcə göstəriciləri qəzetdə nəşr olunaraq kənd əhalisinə paylanılıb, kəndin bir neçə yerində tədbirin keçirilməsi ilə bağlı elanlar vurulub və həmçinin kənd əhalisi ilə fərdi görüşlər keçirilərək tədbirin məqsədi haqqında məlumat verilib. Onu da qeyd edək ki, tədbirlərin gedişi zamanı bütün iştirakçılar büdcənin dərc olunduğu qəzetlə təmin olunublar.



Birinci tədbir 23 aprel 2008-ci il saat 11.00-da Alekseyevka kəndində keçirilib və dəyirmi masada 35-ə yaxın kənd sakini iştirak edib. Tədbirdə layihənin koordinatoru Tural Məmmədov və eksperti Rövşən Ağayev də iştirak edib. R.Ağayev bələdiyyə-vətəndaş əməkdaşlığı və qarşılıqlı heabatlılığın əhəmiyyətindən danışdıqdan sonra bələdiyyənin mühasibi Beybut Məmmədov bələdiyyənin 2007-ci ildə gördüyü işlər haqqında hesabat verib. Kənd sakinləri bələdiyyənin bütün imkanlarından istifadə etdiklərini, hətta imkanlarından artığını qeyd edərək heç bir iradlarının olmadığını bildiriblər. Sakinlər bələdiyyənin bundan sonrakı fəaliyyətində də hər ay görülən işlər haqqında məlumat verilməsi təklifi ilə çıxış etdilər. Həmçinin bu məlumatların büdcə guşəsində yerləşdirilməsi təklif olundu.

Ikinci tədbir 23 aprel 2008-ci il saat 14.00-da İqriq kənd məktəbində keçirilib və tədbirdə 30-a yaxın kənd sakini iştirak edib. Tədbirdə həmçinin layihənin koordinatoru Tural Məmmədov və eksperti Rövşən Ağayev də iştirak edib. Bələdiyyə sədri Nəcəfqulu Əzizov 2007-ci ildə görülmüş işlərin hesabatı verdikdən sonra söz kənd sakinlərinə verildi. Yerli sakinlər ümumilikdə bələdiyyənin fəaliyyətindən razı olsalar da kənddə olan problemlərdən danışıblar. Əsas problemlər isə su və işıqla bağlı olub. Kənd sakinləri işığın fasilələrlə verildiyini qeyd edərək bunun da kənd artezianının vaxtlı vatında işləməsinə imkan vermədiyini vurğulayıblar. Gün ərzində bir neçə saat işıq verildiyindən kənddə həm işıq və həm də su ilə bağlı problemlər yaranır. Bundan əlavə kənd sakinləri kəndə təbii qazın verilməsi səviyyəsindən də şikayətləniblər. R.Ağayev bu sadalanın problemlərin bələdiyyələrin səlahiyyətinə daxil olmadığını qeyd edib. Çıxış yolu kimi isə bələdiyyənin yerli sakinlər adından müvafiq qurumlara ərizə hazırlayıb təqdim etməyi təklif olunub. Yerli sakinlər də bu təkliflə razılaşaraq müvafiq qurumlara müraciət etməyi qərara alıblar.

Üçüncü tədbir 29 aprel 2008-ci il saat 11.00-da Paşaoba kənd klubunda 30 nəfərə yaxın kənd sakinin iştirakı ilə təşkil olunub. Tədbirdə İTM-i layihənin koordinatoru Tural Məmmədov və ekspert Qubad İbadoğlu təmsil edib. Bələdiyyə sədri Sabir Qurbanov 2007-ci ildə görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verib. S.Qurbanov bu ilin əvvəlindən başlayaraq kəndin təbii qazla təmin olunması işinə start verildiyini bildirib. Hal hazırda fəaliyyət davam etdirilib və ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Q.İbadoğlu isə layihə çərçivəsində əməkdaşlıq edilən bələdiyyələrin seçim kriteriyalarından danışaraq buraya bələdiyyə-vətəndaş münasibətləri və şəffaflığa meylliliyin əsas meyar olduğunu vurğulayıb və Paşaoba bələdiyyəsinin də bu tələblərə tam cavab verdiyi üçün əməkdaşlıq edildiyini bildirib. O, həmçinin bələdiyyə sədrinin ərazinin problemləri haqqında tam məlumatlı olduğunu və bu problemlərin həllində ona uğurlar arzulayıb. Yerli sakinlərin əsas təklifi isə torpaqla bağlı olub. Onlar son illərdə torpaqların məhsuldarlığının azaldığını və bununla bağlı mütəxəssis yoxlamalarının aparılmasının vacibliyini qeyd ediblər. Həmçinin kənd təsərrüfatında istifadə olunan toxum və gübrələrin keyfiyyətsiz olduğundan gileyləniblər.

Dördüncü tədbir 29 aprel saat 14.00-da Hacıhüseynli kəndində 60-a yaxın kənd sakininin iştirakı ilə baş tutub. Tədbirdə həmçinin layihənin koordinatoru Tural Məmmədov və eksperti Qubad İbadoğlu da iştirak edib. Bələdiyyə sədri Dənyar Məmmədyarov ötən il görülmüş işlər haqqında məlumat verildikdən sonra söz kənd sakinlərinə verildi. Onu da qeyd edək ki, qəzet materialları hazırlanarkən kənd sakinləri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən bələdiyyənin 2007-ci ildəki fəaliyyəti “pis” qiymətləndirilmişdi. Yerli sakinlər ümumilikdə kənddə bir çox problemin olduğunu və bu problemlərin həllinin bələdiyyənin imkanları daxilində olmadığını bildiriblər. Əsas problem kimi suvarma suyu ilə bağlı problem səsləndirilib. Yerli sakinlərin və Sudan İstifadə Edənlər Birliyinin nümayəndəsinin bildirdiyinə görə bu problemin yaranmasına əsas səbəb Qudyalçayda tikilmiş daş karxanalarının sudan istifadə etməsidir. Həmçinin o da qeyd olundu ki, bu karxanaların bir neçesi “Akkord” şirkətlər qrupuna aiddir. Sakinlərin həmin daş karxanalarının kənd yollarının bərbad vəziyyətə düşməsinə, elektrik enerjisi ilə təminatında problemlər yaranmasına da səbəb olduğunu bildirib. Yolların təmiri ilə bağlı qonşu bələdiyyələrlə birlikdə əməkdaşlıq şəraitində fəaliyyətin qurulması təklif olunub. Digər problemlərin həlli isə bələdiyyənin imkanları daxilində deyil. Q.İbadoğlu ise bu problemlərin həllində bələdiyyə üzvləri ilə yanaşı əhalinin də fəallıq göstərməyinin vacibliyini qeyd edib.


Fəsil 3. Yerli büdcənin təhlili və qiymətləndirilməsi

3.1. Piral və Həsənqala kəndlərində “vətəndaşın hesabat kartı” rəy sorğusu

keçirilib

Layihə çərçivəsində ölkədə ilk dəfə olaraq Qusar rayonunun Piral və Həsənqala bələdiyyələrində vətəndaşın hesabat kartı rəy sorğusunun keçirilməsi nəzərdə tutulur. Sorğunun keçirilməsində məqsəd bələdiyyə tərəfindən göstərilən xidmətlərə yerli sakinlərin münasibətini öyrənmək və mövcud problemlərin həlli istiqamətində əhalinin rəy və təkliflərini qiymətləndirməkdir. Bununla əlaqədar ilkin olaraq layihə ekspertləri tərəfindən bu sahəyə aid olan beynəlxalq təcrübə öyrənilmiş və təhlil edilmiş, yerli şəraitə uyğun olan sorğu anketləri hazırlanmışdır. Belə ki ekspertlər tətfindən 2 sorğu anketi hazırlanıb və sorğu zamanı tətbiq olunacaq anketin dəqiqləşdirilməsi məqsədilə hər iki bələdiyyədə bələdiyyə nümayəndələri və yerli əhalinin iştirakı ilə dəyirmi masalar təşkil olunub.



Birinci dəyirmi masa 30 yanvar 2008-ci il saat 12.00-da Həsənqala kənd məktəbində, ikinci dəyirmi masa isə 6 fevral 2008-ci saat 13.00-da Piral bələdiyyəsinin idarə binasında keçirilib. Həsənqala bələdiyyəsində keçirilmiş dəyirmi masada bələdiyyə sədr və üzvləri ilə yanaşı 25 nəfərə yaxın, Piral bələdiyyəsində isə 20 nəfərə yaxın yerli sakin iştirak edib. Tədbir iştirakçılarına sorğunun məqsədi haqqında məlumat verdikdən sonra bütün iştirakçılara hər iki sorğu anketi paylanmış və hər bir anket haqqında izahat verilmişdir. Ümumilikdə yerli əhali bu təşəbbüsü bəyənib və sorğunun yekunlarından çox şey gözlədiklərini deyiblər. Müzakirələr zamanı əhalinin böyük bir hissəsi 1-ci sorğu anketinin tətbiqini dəstəkləyib. Həsənqala bələdiyyəsində 1, Piral bələdiyyəsində isə 2 nəfər 2-ci sorğu anketinin daha əhəmiyyətli olacağını bildirdilər. Bu istəqamətdə iştirakçılar arasında müzakirələr davam etdirilib və 1-ci sorğu anketinin tətbiqi qərarlaşdırılıb. Hər iki kənd əhalisi gələcəkdə 2-ci sorğu anketinin titbiq olunmasının da effektiv olacağını vurğulayıblar.

Tətbiq olunacaq sorğu anketi dəqiqləşdirildikdən sonra ona uyğun olaraq hər kənd üçün 100 tirajla izahedici posterlər hazırlanıb və əhalinin tanışlığı məqsədilə kəndin müxtəlif yerlərində vurulub. Fevral ayının 10-dan başlayaraq hər iki kənddə sorğulara start verilib və 20 gün ərzində yekunlaşdırılıb. Sorğular başa çatdıqdan sonra layihə ekspertləri tərəfindən SPSS proqramı vasitəsilə təhlil olunub və nəticələrlə bağlı təqdimat hazırlanıb.


3.2. Sorğu nəticələri bələdiyyə nümayəndələri və yerli sakinlərin iştirakı

ilə dəyirmi masada müzakirə olunub

Piral və Həsənqala kəndlərində keçirilmiş “vətəndaşın hesabat kartı” rəy sorğusu yekunlaşdırıldıqdan sonra fevral ayının sonunda layihə ekspertləri sorğularının nəticlərinin təhlinə başlayıb. Nəticələrinin təhlili isə SPSS proqramının köməkliyi ilə baş tutub. Sorğunun nəticələri təhlil olunduqdan sonra isə hər iki kənddə “Toplantı meydançası” formatında müzakirələr təşkil olunub.



Birinci tədbir 14 mart 2008-ci tarixdə Qusar rayon Həsənqala kənd məktəbində təşkil olunub. Məqsəd sorğunun təhlili zamanı qarşıya çıxan problemlərin birgə həlli yollarını müzakirə etmək idi və tədbirdə 40-a yaxın yerli sakin iştirak edib. Tədbirdə həmçinin İqtisadi Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi “Şəffaflıq təşəbbüslərinin genişləndirilməsi və yerli büdcə prosesində ictimai iştirakçılığın artırılması” layihəsinin koordinatoru Tural Məmmədov və layihənin eksperti Rövşən Ağayev də iştirak edib. Ilk öncə Rövşən Ağayev tədbirin məqsədi haqqında yerli sakinlərə məlumat verib və bundan sonra sorğu nəticələrinin təqdimatına keçilib. Təqdimat zamanı yerli sakinlərin bələdiyyənin göstərdiyi əsas 2 xidmətin (kənddaxili yolların təmiri və içməli su təminatı) səviyyəsindən razı olmadığı aydınlaşıb. Nəticələrin təqdimatından sonra isə bələdiyyə sədri səsləndirilən problemlərin yaranma səbəbləri haqqında məlumat verib. Daha sonra isə vətəndaşlara kartlar paylanaraq problemin yaranma səbəbləri haqqında onların fikirləri öyrənilib. Yerli sakinlər kənddaxili yolların təmirinin aşağı səviyyədə olmasını maliyyə çatışmazlığı və bələdiyyə nümayəndələrinin təşəbbüskarlığının zəif olması ilə əlaqələndirib. Içməli su ilə təminatda yaranan problemlər isə kənddə artezian quyusunun olmaması, artezian quyularının qazılması üzrə mütəxəssis qıtlığı və su xətlərinin bərbad vəziyyətdə olması ilə şərtləndirilib. Bundan sonra isə tədbir iştirakçılarına kartlar paylanıb və bu problemlərin həlli istiqamətində əhalinin təklifləri toplanıb. Yerli sakinlər yekdilliklə bu problemləri bələdiyyənin həll edə bilməyəcəyi fikrində birləşib və problemin həlli məqsədilə hökumət orqanları və beynəlxalq təşkilatlara müraciət olunması təklif olunub. Sonda bələdiyyə nümayəndələrinin hər iki problemin həlli ilə bağlı layihələr hazırlaması və beynəlxalq təşkilatlar və dövlət qurumlarına təqdim etməsi qərara alınıb. İqtisadi Tədqiqatlar Mərkəzini nümayəndələri isə layihələrin hazırlanmasında bələdiyyə üzvlərinə hər cəhətdən dəstək vermək və bələdiyyə sədrinə oxşar layihələrlə tanışlıq imkanı yaratmaq missiyasını öz üzərinə götürüb.

İkinci tədbir 17 mart 2008-ci tarixdə Qusar rayon Piral kənd veteranlar evində təşkil olunub. Tədbirdə 30-a yaxın kənd sakini iştirak edib. Tədbirdə həmçinin İqtisadi Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi “Şəffaflıq təşəbbüslərinin genişləndirilməsi və yerli büdcə prosesində ictimai iştirakçılığın artırılması” layihəsinin koordinatoru Tural Məmmədov və layihənin eksperti Qubad İbadoğlu, Vətəndaş Cəmiyyəti Layihəsinin baş mütəxəssisi Vaqif Həsənov da iştirak edib. Q.İbadoğlu iştirakçılara tədbirin məqsədi haqqında məlumat verdikdən sonra sorğunun nəticələri haqqında təqdimatla çıxış edib. Ümumilikdə sorğunun nəticələri yerli sakinlərin bələdiyyənin göstərdiyi bir çox xidmətlərin səviyyəsindən razı olduğunu göstərirdi. Lakin yenə də əhalinin bir qismi xidmətlərin səviyyəsindən tam razı deyil. Belə ki, əsas problem kimi mədəniyyət, incəsənət və bədən tərbiyəsi tədbirlərilə bağlı görülən işlər əhalini qane etməyib. Elə ilkin müzakirələr də bu istiqamətdə aparılıb. Bunun bağlı bələdiyyə sədri və tədbir işitirakçılarının fikirləri üst-üstə düşür. Belə ki, mədəniyyət-incəsənət tədbirləri ilə bağlı vəziyyət qənaətbəxşdir, yalnız mədəniyyət klubunun cari təmirə ehtiyacı var ki, buna da bələdiyyənin gücü çatmaz. Bununla bağlı rayon üzrə Milli Məclisə seçilmiş deputat da müraciət etdiklərini bildirən bələdiyyə sədri heç bir nəticə olmadığını söyləyib. Bədən tərbiyəsi ilə bağlı vəziyyət isə qaneedici deyil və bunun səbəbi də kənddə stadion, idman zalı və qurğularının olmamasıdır. Sonra isə kənd əhalisi sorğu nəticələrini daha da aydınlaşdırmağa çalışdılar. Onların sözünə görə yolların təmiri vəziyyəti və içməli su təminatı ilə bağlı vəziyyət qaneedici qiymətləndirilsə də, burada bələdiyyənin bu sahədə göstərdiyi fəaliyyət qiymətləndirib. Əslində isə kənddə yol və içməli su ilə təminat səviyyəsi tam qaneedici deyil. Çünki bu iş bələdiyyənin səlahiyyətinə daxil deyil və problemlərin həlli ilə bağlı böyük vəsait tələb olunur. Bununla bağlı bələdiyyə sədri konkret layihə hazırladıqlarını bildirdi və layihə komponentlərini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Tədbir iştirakçıları bundan başqa kənddə yanacaq probleminin olduğunu da qeyd etdilər. Belə ki, kənddə qazlaşdırma aparılmayıb və kənd əhalisi yanacaq üçün ağacları kəsmək məcburiyyətində qalır. Bu isə nəticədə meşələrin qırılmasına gətirib çıxarır. Kənd əhalisinin əsas fəaliyyət sahəsi taxılçılıq və heyvandarlıqdır. Kənddə gübrə probelmi var, kənd əhalisi gübrə alamaq üçün Xaçmaza getmək məcburiyyətindədir ki, bu da işi çətinləşdirir. Heyvandarlıqla bağlı problem isə otlaqların olmamasıdır. Kənd məktəbinin müəllimi Samir müəllim, kənddə bələdiyyə nəzdində istehsal müəssisəsinin yaradılmasını təklif etdi, bunun nəticəsində kənddə məşğulluq problemi də qismən həll oluna bilər. Bələdiyyə sədri isə bunun üçün maliyyə vəsaitinə ehtiyac olduğunu, lakin bu istiqamətdə də çalışacaqlarını bildirdi. Tədbirin sonunda İTM nümayəndələri su probleminin həlli ilə bağlı hazırlanmış layihənin reallaşdırılması istiqamətində bələdiyyəyə köməklik göstərməyə çalışıcağını bildirdi.

Əldə olunmuş nəticələr
Səkkiz aylıq dövr ərzində layihə çərçivəsində 16 kütləvi tədbir keçirilib, 2 qəzet dərc olunub və bələdiyyə nümayəndələrinin kompüter biliklərinin artırılması istiqamətində fəaliyyət həyata keçirilib. Bu fəaliyyət dövründə layihə çərçivəsində qarşıya qoyulmuş bir çox məqsədlərə nail olunub. Belə ki;

  • Yerli əhalinin büdcə məlumatlarına çıxış imkanları genişlənib. Layihə çərçivəsində dərc olunmuş qəzetlər hər 4 bələdiyyədə orta hesabla əhalinin 30%-nə fərdi qaydada paylanıb və bütün əhalinin tanış olması məqsədilə büdcə guşəsində yerləşdirilib. Bundan əlavə qəzet vasitəsilə yerli əhali qonşu bələdiyyələrin büdcə gəlirləri və xərc istiqamətlərini müqayisə etmək imkanını da əldə ediblər.

  • Yerli büdcə prosesində vətəndaş iştirakçılığına nail olunub. Tərəfdaş bələdiyyələrdən Alekseyevka, Paşaoba və İqriq bələdiyyələrinin hərəsində keçirilmiş 2 dəyirmi masa və büdcə dinləmələrində yerli əhalinin büdcə prosesində iştirakına şərait yaradılıb və bələdiyyələrin hesabatlılıq səviyyəsi artıb. Belə ki, bu tədbirlərdə ümumilikdə 500-ə yaxın yerli sakin iştirakedib, irad və təkliflərilə çıxış ediblər.

  • Yerli büdcə prosesinin tam avtomatlaşdırılmasına nail olunub. Mart ayından başlayaraq tətbiq olunmuş “Şəffaf büdcə” kompüter proqramı yerli büdcə prosesinin tam avtomatlaşdırılmasına şərait yaradıb. Proqram yerli sakinlərin bələdiyyələrə müraciətlərinin və vergi ödənişlərinin artmasına də şərait yaradıb.

  • Kənar bələdiyyələr də layihədən faydalanıb. İqriq bələdiyyəsinin qonşuluqda yerləşən Timiryazev bələdiyyəsi İqriq bələdiyyəsinə aparılan fəaliyyətlərdən nümuna gterərək büdcə layihəsinin hazırlanması və yerli vergi ödəyicilərinin ərizə formalarının doldurulması qaydalarını öyrənib və öz bələdiyyələrində tətbiq edib. Bundan başqa yerli əhalinin büdcə məlumatları ilə tanışlığını təmin edib.

  • Yerli əhaliyə bələdiyyənin fəaliyyətini qiymətləndirmək və qarşıya çıxan problemlərin birgə həll yollarını müzakirə etmək imkanı yaradılıb. Layihə çərçivəsində keçirilmiş “Vətəndaşın hesabat kartı” rəy sorğusu bələdiyyənin fəaliyyətini qiymətləndirməyə şərait yaradıb. Həmçinin təşkil olunmuş “Toplantı meydançalarında” yerli sakinlər qarşıya çıxan problemlərlə bağlı öz təkliflərini səsləndirmək imkanı əldə edib. Ümumilikdə bu iki tədbirdə 120-ə yaxın kənd sakini iştirak edib.

  • Yerli büdcə prosesinin tam avtomatlaşdırılmasına nail olunub. Mart ayından başlayaraq tətbiq olunmuş “Şəffaf büdcə” kompüter proqramı yerli büdcə prosesinin tam avtomatlaşdırılmasına şərait yaradıb. Proqram yerli sakinlərin bələdiyyələrə müraciətlərinin artmasına də şərait yaradıb.

  • Layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlərdən əldə edilən uğurlar “uğur hekayələri” formasında hesabata əlavə olunur.



Qazanılmış uğurlar
Ölkədə bələdiyyə problemlərini araşdıran QHT-lərdən olan İctimai Təşəbbüslərə Yardım Mərkəzi ölkənin 2 regionunda (Aran-Qarabağ və Quba-Xaçmaz) bələdiyyələrin qiymətləndirməsini aparıb. Qiymətləndirmədə bələdiyyərin büdcə prosesində şəffaflıq və vətəndaş iştirakçılığı əsas tədqiqat obyekti olub. Bu kriteriyalar üzrə Paşaoba bələdiyyəsi Quba rayonunun, Həsənqala bələdiyyəsi isə Qusar rayonunun “ən yaxşı bələdiyyə” naminasiyasında qalib elan olunublar. Bundan əlavə təqdim etdiyi layihəyənin qəymətləndirilməsi nəticəsində Həsənqala bələdiyyəsinə 1000 manatlıq qrant təqdim olunub.


Yüklə 121,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin