The Eurasia Foundation



Yüklə 147,73 Kb.
səhifə4/7
tarix10.01.2022
ölçüsü147,73 Kb.
#102236
növüYazı
1   2   3   4   5   6   7
Fərid Hüseyn
Təzadlar
(Poetik düşüncələr)

Düşüb əlimdən sındı

Eyib göstərən güzgü.

“eybi yoxdur” dedilər.

* * *

Qatil dedilər mənə



Bir-iki ümid öldürmüşdüm.

Bir-iki arzu doğuldu ürəyimdə

“Ana” demədilər.

* * *


Dilimi dişlədim.

Bir-iki sözüm kəsildi.

* * *

Hara aparır bizi,



Ayaq adlı bu maşın?

* * *


Sən günəşsən mən ayam

Çoxdandır görüşmürük.

Neyləyək, düzgün bölünməyib

Məhəbbətin iş saatları.

* * *

Arxamca su atan qız,



Ayağımın izlərini yuyur

Ömrünün çığırlarından.

* * *

Dünən bir ulduz axdı,



Sən də öldün mənimçün.

* * *


Avtobusda yatan fəhlənin

yuxusunun adı - YORĞUNLUQ.

* * *

Daha mən danışmıram.



Qoy gözlərin ürəyini boşaltsın.

* * *


Bir saat əvvəl əzizlənən uşaq,

Bir saat sonra döyüləndə

Anladı ki, sevgi müvəqqətidi.

* * *


Doqquz iqlimi var ölkəmizin,

Amma hərdən havam çatmır.

* * *

İnsanın taleyi alnına yazılıbsa,



Falçılar niyə, ovcuna baxırlar, Nitşe?!

* * *


Xanım sözündə XAN var.

Bəy sözündə ancaq BƏY var.

Deməli xanımlar adlarında da

Kişi daşıyırlar.

* * *

Səhvimi bağışlayasan deyə



Mesaj yazdım

Mesajdasa adını kiçik həriflə

Bağışla...

* * *


Əgər bu şəhərdə,

sevdiyin qızın yaşadığı evin yerini bilmirsənsə,

Bütün pəncərələrdən sual yağacaq gözlərinə,

“Görəsən, o haradadır”.

* * *

İşıqlar mərtəbə-mərtəbə dırmanır binaya,



Hər mərtəbə işığın bir pilləkənidi

* * *


Avtombil qəzasında ölmüş

Bu cavan oğlanın qəbri.

Qəbiristanlığın yanından sürətli keçən

Avtomobillərdən nigarandı.

* * *

Üstündə səməni çürüyən qəbir,



Novruz bayramın mübarək olsun!

* * *


Dünyanın ən sözəbaxan uşaqları

Balaca qızların kuklalarıdır.

O kuklalarsa qızların analıq arzusudur.

* * *


Alnımızda qırış,

əlimizdə çat.

Alnımızda güllə,

Əlimizdə avtomat

* * *

Sən üstümə su töküb sevinirsən ki,



onu islatdım.

Mənsə, fikirləşirəm ki,

yuyuldu günahlarım.

* * *


Hamıya qartopunu

yavaş atırsan,

Mənə, çatandasa,

elə bil şeytana daş atırsan.

* * *

Dünyanın mübarizəsiz qəhrəmanları - ağaclar



sizi doğulduğunuz gündən torpağa gömürlər

* * *


Başını o gecə çiynimə qoydun

Duydum məhəbbətin ağırlığını

* * *

Mənim gözlərimdə çox uçurum var.



Mənim gözlərimdən çox insan düşüb.

* * *


Mən deyirəm:

Yaxşı ki, ona oxşayan qızlar çoxdu bu şəhərdə

O, deyir:

Yaxşı ki, ona oxşayan oğlanlar yoxdu bu şəhərdə.

Biz bir-birimizi belə sevirik.

Məktubları tullama ha!

* * *

Telefonsuz vaxtlarımızın mesajlarıdı onlar



* * *

Yazdığım məktubları heç bilmirsən hardadı.

Eybi yox incimirəm,

sözlərim yadındadı!

* * *

Yayda qar arzulamaqdı səni sevmək



elə mən də qar arzulayıram.

* * *


Qadının dırnaqları arasındakı çirk,

dünyanın kirliliyindən xəbər verir..

* * *

Ağ bənizli qızın qara bəxti,



dünyanın ən əcaib təzadı.

E-mənbə / link: http://medeniyyet.az/site/?name=content&content=3601

Kəramət Böyükçöl
Yeni şeirlər
Əliqulu müəllimin dərsində…
Hər gün mühazirədə,

Sən yatan otağın havasından

udmaq,

ya da sən oxuyan kitabın



səhifəsi olmaq,

Və ya şəkil olub

palazınızın altında gizlənmək,

haqqında düşünürəm.


Hər sevgi romanının içindən

sən çıxırsan,

İçində sən olan hər şeyi

əzbər bilirəm,

Tələbəliyim səni əzbərləmək

və bir də

hər səhər yolunun üstündə durub

sənə salam vermək qədər

şirin keçdi.

Bütün kəsirlərim sənə görədi,

Saçlarımın pırtdaşıqlığı,

tör-töküntülüyüm də.

Dərslərimdən aldığım ikilər kimi

indi,


başını aşağı dikib

iyirmi iki yaşım,

utandığından,

ya da sənin ağırlığından.


Dodağında söz olmaq arzusu

yıxılıb küçədə ölmək kimidi,

İlişib barmağında qalmaq istəyi,

adımın üstündə sürünməyi,

arzuya çatmaq kimidi,

Ay aman!


Oturduğum seminar dərsi,

Qulaqlarımda toy səsi kimidi indi.


Xatirə soyqırımı
K+İ=Love

yazdığımız divarı

söküblər indi,

Plana düşmüşdü

həmin ev.

Üstünə söz yazdığımız

ağac da qurudu,

Sözümüz söz olmadığından.

Susdu ağaclar,

yarpaq dodaqlarında…

Küləklər susdu

dənizin


dalğa yanaqlarında…

Küləklər yudu küçələrdən

ayaq izlərimizi.

Boş-boşuna əsir küləklər,

Yad adamlara dəyir indi

bizə dəyən küləklər

Qoşa şəhid şəkili kimi

asılı qalıb havanın divarından

biz əyləşən skamya,

Sərçə dimdiklərinin ümidi idik,

Uçub getdilər

Dönərimizə şərik çıxan pişiklər

küsüb getdilər

Yanımıza qaçıb gələn

dilənçi uşaq,

Hər gün pusur yollarımızı

Ümidli gözləri ilə.

Küçələr acından öldü

ayaq izlərimiz üçün.

Boyadılar bu şəhərin üzünü,

Boyadılar.

Qaldı altında xatirələrimiz.


Bir az ağlamaq…
Bacım gəlin köçüb,

Anam azalda bilmir

Qazandan bir tikəni…

Evimiz müvazinətini itirib elə bil…

Atam eynək axratışında,

Anam iynəni tapa bilmir.

Balaca qardaşım da vur çartdasın,

Çal oynasında…

Araz aşığıdan,

Kür topuğundan.

Deyən yoxdu:

Televizorun səsini al.

Hər səhər professor soruşur məndən:

- Niyə dərsə gecikirsən?

- Necə deyim ki,

Yuxudan oyadanım yox.

Sanki evimiz bir ağac idi,

Töküb yarpaqlarını.

Bacım gəlin köçüb,

Çıxmır evimizdən

Bir stakan yeri,

Bir boşqab yeri

Boş qalıb evimizdə

bir stul yeri…

Hər gün susuruq

Boş yerlərin önündə…

Bacım gəlin köçüb,

Gedib evimizin dincliyi

Televizoru,

Mətbəxi,


Tozsoranı,

Ət çəkəni

Gedib evimizin

Gülü,


Çiçəyi

Anam darıxdığından

gəlin axtarır.

Mən də Vüqdor Hüqonun

“Səfilləri” ni…

E-mənbə / link: http://eeeeh.net/?p=612#comments


Cavidan
Sənin olmaq
Səndən mənə nə az, nə çox,

Yüz iyirmi dörd min dəfə xəbər gəlib,

İnan, bundan bir fayda yox,

Yüz iyirmi dörd min xəbər hədər gəlib...

Yüz iyirmi dörd min rəngdə

Yollar durub gözlərimin önündəcə,

Hər ləhcədə, hər ahəngdə

Dualar var sözlərimin önündəcə,

İblis gəlir, Mələk gəlir

Sənə olan Tək Eşqimi almaq üçün,

Hərə bir cür kələk gəlir

Mənim üçün sadəcə Sən olmaq üçün...

Mən ruhumu gizləmişəm,

Yüz iyirmi dörd min alov yandırmasın,

Mən Tək Səni gözləmişəm,

Bu səbrimi heç bir qüvvə sındırmasın...

Nə imanım, nə dinim yox,

Belə qalmaq istəyirəm, Tanrım mənim,

Yüz iyirmi dörd minin yox,

Sənin olmaq istəyirəm, Tanrım mənim...


E-mənbə / link: http://cavid-an.blogspot.com/



Yüklə 147,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin