The significant amount of unexploded ordnance (uxo) and, to a lesser extent, mines left behind in the wake of the conflict con



Yüklə 30,07 Kb.
tarix09.07.2018
ölçüsü30,07 Kb.
#56222





Minalara qarşı prеventiv tədbirlər
Dağlıq Qarabağ münaqişəsinin nəticəsi olaraq çoxsaylı atılmış mina və müharibənin partlayıcı qalıqları (MPQ) cəbhəyani ərazilərdə yaşayan insanların normal həyat tərzinə qayıtmasını əngəlləyir. Münaqişə zamanı minalardan istifadə və geniş yayılmış MPQ-lər uşaqlara birbaşa təsir göstərirdi. Əvvəllər uşaqlar üçün tanış və təhlükəsiz olan ərazilər indi oynamaq üçün çox təhlükəlidir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Qızıl Aypara) və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Norveç Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə 2005-ci ildə cəbhə xətti boyunca yerləşən 15 icmada "Təhlükəsiz Oyun Meydançası" (TOM) lahiyəsini həyata keçirmişdir. “TOM” mina və MPQ hadisələrini azaltmağa xidmət edən praktiki tədbirdir. “TOM” uşaqlar üçün sərbəst, mina və MPQ hadisəsi qorxusundan azad alternativ oyun meydançası deməkdir. Lahiyənin uğurlu icrası mina və MPQ problemi ilə üzləşən icmanın fəal iştirakını nəzərdə tutur.
2006-cı ilin birinci rübündə Qızıl Aypara özünün Respublikada geniş yayılmış Rayon Komitələri xətti vasitəsi ilə 34 icmadan buna bənzər təşəbbüsləri dəstəkləmək haqqında rəsmi müraciət qəbul etmişdir. Qərar verilmişdir ki, əlavə 10 mina və MPQ problemi ilə üzləşən icmada “TOM”nın inşasına dəstək verilsin. Həmçinin 6 icmada məktəb həyətində idman və oyun qurğularının quraşdırılması təmin olunmuşdur. İcmaların seçilməsi Qızıl Ayparanın və BQXK-nin birgə qiymətləndirməsi, Mina Fəaliyyətləri üzrə Azərbaycanın Milli Agentliyi (ANAMA) və Piyadalar Əleyhinə Minaların Qadağan Edilməsi uğrunda Azərbaycan Kampaniyası (AzCBL) ilə məsləhətləşmələr əsasında həyata keçirilmişdir.
Bütövlükdə 2005 və 2006-cı illərdə Ağdam, Qazax, Tovuz, Ağcabədi, Füzuli, Xanlar, Goranboy, Tərtər və Gədəbəydən olan 25 mina və MPQ təhlükəsi ilə üzləşən icmalarda yaşayan uşaqlar Qızıl Ayparanın “ TOM” lahiyəsindən bəhrələnmişlər.
Qızıl Aypara Жямиййяти BQXK-нын дястяйи иля gələcəkdə юз minalara qarşı vasitələrini gücləndirmək və ölkədə mina probleminə qarşı tədbirlərin artırılması məqsədilə BQXK иля əməkdaşlığını davam edəcək.

Təhlükəsiz oyun meydançası və icma təşəbbüslərinin açılış qrafiki





Rayon

Tarix

Kənd

Vaxt

1

Füzuli

19 oktyabr

1. Aşağı Kürdmahmudlu

13:00

2. Yuxarı Kürdmahmudlu *

13:30

3. Dilağarda Yatağı*

14:00

4. Əhmədalılar

15:30

5. Gecəgözlü*

16:00

2

Ağdam

20 oktyabr

1. Mirəşəlli

10:00

2. Çəmənli

11:30

3

Ağcabədi

25 oktyabr

1. Kürdlər

13:00

2. Sarvanlar*

14:00

4

Goranboy

25 oktyabr

1. Tap Qaraqoyunlu

16:30

2. Qarqucaq*

17:30

5

Qazax

26 oktyabr

1. Fərəhli

11:00

2. Cəfərli*

13.30

6

Tovuz

26 oktyabr

1. Ağgam

15:00

7

Gədəbəy

27 oktyabr

1. Qaravəlilər

10:00

2. Göyəli

12:00





Ялагя шяхс: Лейла Баьырова, Информасийа вя Бейнялхалг Ялагяляр шюбясинин мцдири, Азярбайъан Гызыл Айпара Жямиййяти
Тел.: (+994 12) 493 84 81

Факс: (+994 12) 493 15 78

Веб сящифя: www.redcrescent.az

Е-маил: redcrescent@redcrescent.az
Yüklə 30,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin