Tibb bacıları və feldşerlər üçün müsahibə mərhələsində soruşulacaq peşə bacarıqları
Mövzu 1: Mil arteriyası üzərində nəbzi təyin edilmə bacarığı.
Puls (Ps) ürəkdən qovulan qanın damar divarına fasiləli təkanlarla hərəkəti nəticəsində yaranır.
Sağlam insanda nəbz 60-90/dəq təşkil edir.
Nəbz vurğularının sayının normadan normadan artıq olması – taxikardiya, normadan az olması isə- bradikardiya adlanır.
Nəbzin təyin olunduğu yerlər:
1. Mil arteriyasında
2. Gicgah arteriyasında
3. Yuxu arteriyasında
4. Aşağı ətraflarda topuq nahiyəsində
Nəbz əsasən mil arteriyası üzərində təyin olunur: nəbzi mütləq iki əldə təyin etmək lazımdır və yalnız fərq olmadıqda, bir ətrafda ölçməklə kifayətlənmək olar. Xəstə əlini boş saxlamalıdır, əzələ və vətər gərginliyi palpasiyaya mane olmamalıdır.
Vəsait: Saat (saniyə ölçən).
Dostları ilə paylaş: |