Arterial təzyiqin ambulator və ev şəraitində ölçülməsi.
Ambulator AT. (ÜD - ürək-damar, AT - arterial təzyiq).
- Həkimin qəbulunda ölçülmüş AT ilkin göstərici kimi istifadə olunmalıdır.
- Ambulator AT müalicə olunmamış və müalicə olunan xəstələrdə ÜD (ürək–damar) riskinin qabaqcadan müəyyən edilməsinə kömək edə bilər.
- Aşağıdakı hallarda AT-nin 24-saatlıq ambulator monitorinqi keçirilməlidir:
1). həkimin qəbulunda AT əhəmiyyətli dərəcədə dəyişkən olduqda;
2). aşağı dərəcəli ümumi ÜD riski olan şəxslərdə həkimin qəbulu zamanı yüksək AT ölçüldükdə;
3). həkimin qəbulunda və evdə ölçülmüş AT göstəriciləri arasında ciddi uyğunsuzluq olduqda;
4). dərman müalicəsinə rezistentlik gözlənildikdə;
5). yaşlı və şəkərli diabeti olan xəstələrdə hipotenziv epizodlar gözlənildikdə;
6). yuxu zamanı apnoye (tənəffüsün dayanması) gözlənildikdə;
7). həkim qəbulunda olduğu zaman hamilə qadınlarda yüksək AT qeydə alındıqda və pre-eklampsiya gözlənilən hallarda.
Adətən 24-saatlıq monitorinq zamanı orta AT səviyyəsi üçün normal göstəricilər aşağıdakı kimi olur:
SAT 125-130 mm c.s. və DAT 85 mm c.s.-dən aşağı.
Gündüz vaxtı AT-nin normal səviyyəsi SAT üçün 130-135, DAT üçün 85 mm c.s.-dən aşağı olur. Bu göstəricilər həkimin qəbulunda ölçülən AT səviyyəsindən aşağı olur.
Dostları ilə paylaş: |