Tibb bacıları və feldşerlər üçün müsahibə mərhələsində soruşulacaq peşə bacarıqları


Mövzu:2. Arterial təzyiqi ölçmə bacarığı



Yüklə 145 Kb.
səhifə3/6
tarix01.01.2022
ölçüsü145 Kb.
#105130
1   2   3   4   5   6
Mövzu:2. Arterial təzyiqi ölçmə bacarığı.
* Arterial təzyiqi müntəzəm olaraq gün ərzində 2dəfə ölçmək, göstəriciləri qeyd etmək, həkimə göstərmək lazımdır. Arterial təzyiqi (xüsusən aritmiyası olan xəstələrdə) daha dəqiq ölçmək üçün təzyiq ardıcıl 2-3dəfə ölçülməlidir. 1-2 dəqiqəlik fasilə ilə arterial təzyiqi ən azı iki dəfə ölçmək lazımdır.

* Arterial təzyiqi ölçmədən əvvəl 1 saat ərzində kofe içmək, adrenomimetiklər qəbul etmək (buruna naftizin, efedrin tökmək), ağır fiziki işi görmək olmaz.

* Arterial təzyiqi oturaq və uzanmış vəziyyətdə ölçmək olar. Oturaq vəziyyətdə təzyiqi ölçdükdə xəstə stulda oturur, ayaqlarını rahat vəziyyətdə döşəməyə dayayır, əlini stolun üstünə (ürək səviyyəsində) qoyur. Təzyiq sakit mühitdə, xəstəyə bir neçə dəqiqə istirahət verdikdən sonra ölçülməlidir. Təzyiq ölçmə zamanı aktiv hərəkət etmək və danışmaq məsləhət deyil.

* Arterial təzyiqi hər iki qolda ölçmək lazımdır.

* Periferik damar xəstəliyi səbəbindən hər iki qolda AT-nin müxtəlif ola bilməsi ehtimalını nəzərə alaraq xəstənin ilkin gəlişi zamanı AT-i hər iki qolda ölçmək lazımdır; Əgər müxtəlif rəqəmlər alınarsa, daha yüksək rəqəmi ilkin göstərici kimi götürmək (iki qoldakı fərq 10-15mm.c.süt.olduqda bu norma sayılır).

* Yaşlı adamlarda, şəkərli diabeti olan xəstələrdə, postural hipotenziya (ortostatik hipotenziya) olması ehtimalı olan xəstələrdə AT-i həm də xəstə ayaq üstə durduqdan 1 və 5 dəqiqə sonra ölçmək lazımdır.

Yüklə 145 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin