22) Uşaqlarda plevrit hansı əlamətlərlə xarakterizə olunur? Uşaqlar arasında plevritə bütün yaş dövrlərində rast gəlinir. Plevra boşluğuna maye və irin yığıldığına görə hərarət yüksəlir, dərindən nəfəs aldıqda, nəfəs verdikdə, uşaq öskürdükdə şiddətli ağrı əmələ gəlir. Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 184
23) Uşaqlarda anadangəlmə ürək qüsurunun yaranmasına səbəb nədir? Anadangəlmə ürək qüsurları yenidoğulmuşlar arasında təsadüf edilən inkişaf anomaliyaları arasında geniş yer tutur. Əsas səbəblərdən biri bətndaxili infeksiyalardır. Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 218
24) Uşaqlarda revmatizm zamanı oynaqların zədələnməsi daha çox necə cərəyan edir? Uşaqlarda ürəyin qazanılma qüsurları içərisində revmatizm ( kəskin revmatik qızdırma) əsas yer tutur. Xəstəliyin əsas xüsusiyyətlərindən biri oynaqların zədələnməsidir. Ən çox iri oynaqlar zədələnir. Bu zədələnmə uçucu xarakterdə olur, oynaqlar şişir, qızarır və ağrılı olur. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр260