117) Sınıqlar zamanı psevdoartroz nə zaman yaranır? Sümük fraqmentləri düzgün bitişmədikdə yalançı oynaq formalaşır ki, bu psevdoartroz adlanır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 280)
118) Donor qanına laxtalanmaması məqsədi ilə nə əlavə olunur? Natrium sitrat məhlulu laxtalanmanın qarşısını aldığına görə donor qanının konservləşdirilməsi zamanı laxtalanmaması məqsədilə qana 2, 6% - li Natrium - sitrat əlavə olunur. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 279) 119) Süd vəzisinin xərçənginə şübhə olduqda hansı müayinə aparılır? Süd vəzinin xərçəngində şübhə olduqda xəstə biopsiya, mamoqrafiya, palpasiya, həmçinin ultra səs müayinəsi aparılmalıdır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 277) 120) “Qatranvari” nəcisi olan xəstəyə nə etmək lazımdır? “Qətranvari” nəcis mədə qanaxmasının əlaməti olduğuna görə xəstə təcili hospitalizasiya olunmalıdır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 290) 121) 2% - li “Lizetol” - AF məhlulunda metal alətlər neçə dəqiqə saxlanılmalıdır? Metal və şüşədən hazırlanmış alətlər 60 dəqiqə müddətində 2% - li lizetol məhlulunda saxlanılmalıdır. Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər (səh - 88)