79) Aşağıdakılardan hansı qızılca xəstəliyinə xas əlamət deyil? A) Filatov ləkələri
B) Konyuktivit
C) Filatov üçbucağı +
D) İşıqdan qorxma
E) Hiperemiya
80) Aşağıdakılardan hansı suçiçəyinə xas olan əlamət deyil? A) Başın tüklü hissəsində səpgi
B) “Moruğu dil” +
C) Polimorfizm
D) Hipertermiya
E) Güclü qaşınma
81) Eksudativ diatezli uşaqlarda hansı əlamətlər olur? A) Çəkinin normadan artıq olması
B) Yanaq dərisinin eriteması və qabıqlanması
C) Başın tüklü hissəsində Qneys-seboreya
D) Sadalananların hamısı +
E) Xırdadüyünlü qaşınan səpgilər-strofulyuz
82) Uşaqlarda plevrit zamanı hansı əlamət olmur? A) Döş qəfəsində ağrı, ağırlıq, sıxılma hissi
B) Əziyyətverici öskürək
C) Tutmaşəkilli öskürək +
D) Yüksək temperatur
E) Səthi tənəffüs
83) Aşağıdakılardan hansı anadangəlmə ürək qüsurunun səbəbi deyil? A) Yenidoğulmuşun Kesariyyə kəsiyi əməliyyatı ilə doğulması +
B) Bətndaxili infekiyalar
C) İrsiyyət faktoru
D) Valideynlərin zərərli vərdişləri
E) Valideynlərin yaşının çox olması
84) Difteriya xəstəliyi zamanı badamcıqlarda olan ərp hansı xarakterdə olur? A) Bozumtul, sürətlə qalınlaşan və yayılan, çətinliklə qopan və qopartmada qanaxma verən +
B) Asanlıqla qopan
C) Sarımtıl nöqtəvari ərp
D) Ərp olmur
E) Ancaq badamcıqlarda məhdudlaşan sarımtıl ərp
85) Aşağıdakılardan hansı meningit xəstəliyini törədə bilər? A) Meninqokoklar
B) Sadalananların hamısı +
C) Vərəm çöpləri
D) Pnevmokoklar
E) b hemolitik çöplər
86) Meningit xəstəlyinin diaqnozunu təsdiqləyən əlamət hansıdır? A) Qarında ağrı
B) Qəbzlik
C) Dəri və selikli qişaların saralması
D) Zökəm
E) Boyun əzələlərinin rigidliyi +