924) Hidroadenit əmələ gəlməsində risk faktoru hansıdır? A) Çox miqdarada qida qəbulu
B) Dəridə quruluq
C) Çoxlu maye qəbulu
D) Şəxsi gigiyenaya riayət etməmək +
E) Hipervitaminoz
925) Qazlı qanqrena infeksiyasına yoluxmuş xəstələr hansı palatada yatırlar? A) Boksda
B) İntensiv terapiya palatasında
C) Təcrid palatasında +
D) Reanimasiya şöbəsində
E) Ümumi palatada
926) Bu patologiyaların hansında tetanus əleyhinə zərdab və anatoksin vurulur? A) Sarğı nahiyəsinin absesində
B) Bazunun çıxığında
C) Kəskin irinli plevritdə
D) Bazu boynunun qapalı sınığında
E) Başın yumşaq toxumalarının yaralanmalarında +
927) Kəsilmiş yara üçün hansı xarakterikdir? A) Yara ağzının kənarlarında hematomaların olması
B) Yara ağzının girintili-çıxıntılı olması
C) Yara ağzının kənarlarının hamar olması +
D) Yara kanalının uzun və dar olması
E) Daxili qanaxma
928) Endoskopik müayinədən əvvəl hansı anesteziya növündən istifadə olunur? A) Sürtməklə yerli anesteziya +
B) Xloretil ilə anesteziya
C) Regionar anesteziya
D) Peridural anesteziya
E) İnfiltrasion anesteziya
929) Əməliyyatdan sonrakı gün cərrahi yaranın ilkin sarğısı necə aparılır? A) Yara yodonatla işləndikdən sonra quru aseptik sarğı qoyulur +
B) Yara üzərinə məlhəm qoyulur
C) Yara hidrogen peroksid H2O2 məhlulu ilə işlənməsi
D) Drenajla yaranın yuyulması
E) Tikişlərin bir qisminin sökülməsi
930) Yaralanma zamanı həkimə qədər göstərilən ilkin tibbi yardım hansıdır? A) Qanaxmanın dayandırılması və gips sarğısının qoyulması
B) Antibiotiklərin yeridilməsi
C) Qanaxmanın dayandırılması və məlhəmli sarğının qoyulması
D) Hipertonik məhlulun qoyulması
E) Ağrıkəsicinin vurulması, qanaxmanın dayandırılması və aseptik sarğı qoyulması. +