938) Çıxıqlar zamanı göstərilən ilk tibbi yardım hansıdır? A) oynağa isti kompres qoyulur.
B) Çıxmış oynaq yerinə salınır.
C) Oynağa gips sarğısı qoyulur.
D) Ətraf fiksasiya olunur, ağrıkəsici preparat verilir, oynağa soyuq kompres qoyulur +
E) Oynağa aseptik sarğı qoyulur.
939) Aşağı çənənin çıxığında oynağı fiksasiya etmək üçün hansı sarğı növündən istifadə olunur? A) Sapandvari sargi +
B) Səkkizvari sarğıdan
C) Yüyəntipli sarğıdan
D) Qayıdan sarğıdan
E) Spiralvari sarğıdan
940) Tısbağavari sarğı hansı nahiyələrə qoyulur? A) Ayağa
B) Bazu oynağına
C) Boyuna
D) Diz və dirsək oynaqlarına +
E) Aşıq-daban oynağına
941) Sapandvari sarğını hansı nahiyələrə qoyurlar? A) Gözə,qulağa
B) Dizə, dirsəyə
C) Gövdəyə
D) Boyuna,ələ
E) Buruna, çənəyə, başa +
942) Diş çəkildikdən sonra qanaxmanı saxlamaq üçün nədən istifadə edirlər? A) Çənəyə soyuq kompres qoyulur.
B) Ağız hidrogen - peroksidlə qarqara olunur
C) Vikasol tabletkası verilir.
D) Diş yuvasına steril bintdən hazırlanmış tampon qoyurlar. +
E) Yemək yeməmək məsləhət görülür.
943) Endoskopiyada işlədilən optik ucluqlar necə sterilizasiya edilir? A) Avtoklavda
B) Pervomur məhlulunda saxlamaqla
C) İsti hava axını ilə işləyən quruducu şkaflarda +
D) Formalin buxarlarıda
E) Qaynatmaqla
944) İsti hava axını ilə işləyən quruducu şkafda optimal t°-nə qədər olur? A) 160-180°
B) 100-120°
C) 180-220° +
D) 150-160°
E) 120-140°
945) Sterilləşdirilmiş tikiş sapları işlədilənə qədər necə saxlanılır? A) Yodonatda
B) Pervomurda
C) Süleymani məhlulunda
D) Briliant yaşılında
E) 70°-li etil spirtində +
946) Dezinfeksiya nədir? A) Mikrobların yaraya düşməsinin qarşısının alınması
B) Bütün mikrobların hətta sporəmələgətirənlərin məhv edilməsi
C) Bütün mikrobların,virusların məhv edilməsi
D) Patogen mikrobların zərərsizləşdirilərək məhv edilməsi +
E) Yarada olan mikrobların məhv edilməsi