955) Şüa yanıqları zamanı ilk tibbi yardım necə başlanılır? A) Zərərçəkənə ürək dərmanları verilir
B) Şüalanmış sahə aseptik sarğı ilə örtülür
C) Zərərçəkənə ağrıkəsici öreparat verilir
D) Şüalanmış sahənin üzərinə məlhəm qoyulur
E) Şüalanmış sahə çoxlu miqdarda soyuq su ilə yuyulur +
956) Yalnız bir sarğı otağı varsa yaraların sarınma ardıcıllığı necə olmalıdır? A) Ardıcııllığa riayət olunmur
B) Əvvəlcə təmiz sonra isə irinli yaralara sarğı əməliyyatı aparılır +
C) Təmiz və irinl yaralar eyni vaxtda sarınır
D) Əvvəl irinli sonra təmiz yaralar sarınır
E) Irinli yaralar palatada sarğı əməliyyatından keçirilir
957) Arterial turna düzgün qoyulduqda nə baş verir? A) Ətraf sianozlaşır
B) Turnadan aşağı nahiyədə bütün hissiyat itir
C) Turnadan aşağı nahiyədə temperatur yüksəlir
D) Turnadan aşağı nahiyədə nəbz vurur
E) Qanaxma dayanır və periferik nəbz itir +
958) Əllərini əməliyyata hazırlamış cərraha əməliyyat paltarını kim geyindirir? A) Cərrahın assisteti
B) Cərrah geyindikdən sonra əllərini yuyur
C) Əməliyyat paltarını geyinmiş əməliyyat tibb bacısı geyindirir +
D) Cərrah özü geyinir
E) Əməliyyat otağının xadiməsi
959) Qarnın ön divarı yaralanmış zərərçəkəni necə daşımaq məqsədə uyğundur? A) Zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır +
B) Arxası üstə uzanmış və ayaqlarını uzatmış vəziyyətdə daşınır
C) Zərərçəkən böyrü üstə uzanmış vəziyyətdə daşınır
D) Zərərçəkən qarnıüstə uzanmış vəziyyətdə daşınır
E) Zərərçəkən başıaşağı, ayaqları yuxarı qaldırılmış vəziyyətdə daşınır
960) Kolostoma qoyulmuş xəstəyə tibb bacısı nəyi başa salmalıdır? A) Polietilen kisəni dəyişmək üçün tibb bacısına müraciət etməyi
B) Vaxtaşırı polietilen kisəni dəyişməyi və kolostoma ilə davranmağı +
C) Kolostomanı haradan almağı.
D) Vaxtaşırı kolostomanı dəyişməyi
E) Vaxtaşırı kolostomanı təmizləməyi