473) Hansı hallarda difteriyaya şübhəli şəxslərin udlağından bakterioloji müayinə üçün yaxma götürülür? A) Diareya olduqda +
B) Tənəffüs çətinləşdikdə
C) Badamcıqlarda ərp olduqda
D) Yüksək hərarət olduqda
E) Səpgi zamanı
474) Aşağıda sadalanan vaksinlərdən hansı cansız vaksinlərə aiddir? A) Difteriya, göyöskürək və tetanusa qarşı kombinə olunmuş vaksin (GDT) +
B) Qızılca, parotit, məxmərəyə qarşı vaksin (QPM)
C) Hepatit B-yə qarşı vaksin
D) Vərəm əleyhinə vaksin (BSJ)
E) Poliomielitə qarşı oral vaksin (OPV)
475) Aşağıda sadalanan vaksinlərdən hansı canlı vaksinlərə aiddir? A) Qızılca, parotit və məxmərəyə qarşı vaksin (QPM) +
B) Hemofil β çöpləri tərəfindən törədilən xəstəliklərə qarşı vaksin
C) Tetanusa qarşı anatoksin (AT)
D) Hepatit "B" - yə qarşı vaksin
E) Göy öskürək, difteriya, tetanusa qarşı vaksin (AGDT)
476) Cansız vaksinlərin əksəriyyəti hansı üsulla orqanizmə yeridilir? A) Dəri içi
B) Vena daxilinə
C) Per oral (ağızdan)
D) Dərialtı
E) Əzələ daxili +
477) Cansız vaksinlərin yeridilməsindən sonra daha çox hansı reaksiyalar müşahidə olunur? A) 3 gündən sonra hərarət yüksəlir
B) Diareya
C) İnyeksiya yerində abses
D) 2 gün ərzində hərarət yüksəlir, vaksinin yerində ağrı və şişkinlik ola bilər +
E) Ürəkbulanma, qusma
478) Vaksinlər GEM-də (gigiyena və epidemiologiya mərkəzində )və tibb müəssisələrində hansı temperaturda saxlanılır? A) +15; +20
B) -5; +10
C) +2; +8 +
D) -10; +2
E) +10; +12
479) Zimnitski sınağı qiymətləndirilən zaman əsas diaqnostik amil hansıdır? A) Sidikdə zülalın miqdarı
B) Sidikdə formalı elementlər
C) Sidiyin xüsusi çəkisi +
D) Sidikdə şəkərin miqdarı
E) Sidik çöküntüsü
480) Qlomerulonefrit patologiyası zamanı duzsuz pəhriz təyin etmənin səbəbi nədir? A) Maqnezium duzları sinir sistemini tənzimləyir
B) Natrium duzları mayeni toxumalarda saxlayır +
C) Kalsium duzları osteopoezdə iştirak edir
D) Selenium azad radikalları çıxarır
E) Kalium duzları ürəyə təsir edir