623) Uşaqda bronxial astma tutması olarsa tibb bacısı nə etməlidir? A) yayındırıcı tədbir görməli +
B) oksigen verməli
C) eufillin vurmalı
D) antibiotik vurmalı
E) vitamin vurmalı
624) Şəkərli diabet xəstəliyi olan uşağın qidasında şəkər nə ilə əvəz edilir? A) saxaroza ilə
B) bananla
C) konfetlə
D) mürəbbə ilə
E) fruktoza ilə +
625) Hipertermik sindrom zamanı uşağa göstərilən təcili tibbi yardıma əks göstəriş nədir? A) Dərinin 40-50 % etil spirti ilə silmək
B) Litik qarışıq vurmaq
C) Kalorili qida +
D) Böyük damarlar üzərinə buz qovağı qoymaq
E) Uşağı soyuq suda islanmış döşəkağına bükmək
626) Tibb bacısı tərəfindən hamilə qadına doğuşa qədər neçə patronaj olmalıdır? A) 2 +
B) 6
C) 5
D) 4
E) 3
627) Uşaq hansı yaşda yeriməyə başlayır? A) 16-18 ayında
B) 11-12 ayında +
C) 7-8 ayında
D) 6-7 ayında
E) 15-16 ayında
628) Südəmər uşağa ilk əlavə yemək olaraq nə verilməlidir? A) Şorbalar
B) Meyvə şirəsi
C) Mannı sıyığı
D) Kefir
E) Tərəvəz püresi +
629) Uşaqlarda vərəmin bütün kliniki formalarında hansı əlamət müşahidə edilir? A) Döşdə ağrı
B) İntoksikasiya sindromu +
C) Kürəkdə ağrı
D) Yaş öskürək
E) Quru öskürək
630) Südəmər yaş dövründə ilk əlavə yemək hansı ayda verilir? A) 6 ayında +
B) 2 ayında
C) 4 ayında
D) 3 ayında
E) 7 ayında
631) Südəmər yaşda qida çatışmazlığı nə ilə nəticələnir? A) Nəbz vurğuları çoxalır
B) Nəcis ifrazı pozulur
C) Sidik ifrazı pozulur
D) Çəki artımı azalır +
E) Tənəffüs tezləşir
632) Ana südü ilə qidalanmada əmmə müddətini kim təyin edir? A) Uşaq təyin edir +
B) Tibb bacısı təyin edir
C) Süd verən ana təyin edir
D) Köməkçi təyin edir
E) Həkim təyin edir