712) Uşaqlarda anadangəlmə ürək qüsurunun yaranmasına səbəb nədir?
A) Doğuş travması
B) Vaxtı keçmiş hamiləlik
C) Doğuş vaxtı narkoz alma
D) Bətndaxili infeksiya +
E) Yarımçıq doğulma
713) Uşaqlarda lyambliozun müalicəsində hansı preparat işlədilir?
A) Vitaminlər
B) Tetrasiklin
C) Furazolidon
D) Ampisillin
E) Suprastin
714) Uşaqlarda larinqotraxeitin əlamətləri necə başlayır?
A) Kəskin başlayır, öskürək olur
B) Tədricən başlayır, səs xırıltılı olur,bəzən batır +
C) Tədricən başlayır, səsi batmır
D) Kəskin başlayır, küylü tənəffüs olur
E) Tədricən başlayır, səs aydın olur
715) Uşaqlarda kəskin bronxitin müalicəsində hansı preparatlar işlədilir?
1. Antibiotiklər
2. Hemodez
3. Bəlğəmgətiricilər
4. Kalsium xlorid
5. Hərarətsalıcılar
6. Qan preparatları
A) 3, 5, 6
B) 4, 6, 2
C) 2, 3, 4
D) 6, 5, 4
E) 1, 3, 5 +
716) Uşaqlarda sadə diarreyanın (dispepsiya) əmələ gəlmə səbəbi nədir?
A) Ana südünün az olması
B) Süni qidalanma
C) Uşaqları çox yedizdirmək, suyu az vermək +
D) Vitaminsiz qidaların qəbulu
E) Yarımçıq doğulma
717) Uşaqlarda toksik diarreya (dispepsiya) zamanı çay - su fasiləsi neçə saat təyin olunur?
A) 18
B) 10
C) 12
D) 16
E) 24 +
718) Ensefalopatiyalı uşaqda qıcolmanın qarşısını almaq üçün hansı preparat istifadə edilə bilər?
A) Heparin
B) Difenin
C) Sulfanilamidlər
D) Fenobarbital +
E) Diakarb
719) Duodenal zondlama zamanı A, B, C porsiyası nəyi bildirir?
A) 12 barmaq bağırsaq və mədə şirəsi
B) Qaraciyər möhtəviyyatı
C) Mədəaltı vəz və qaraciyər şirəsi
D) Mədəaltı vəz və bağırsağın şirəsi
E) Duodenal , öd kisəsi, qaraciyər ödü +
Dostları ilə paylaş: |