740) Uşağın 6 yaşı var, dünən xəstələnib. Boğazında ağrı var. Hərarət 38°C - dir . Dəridə nöqtəvari səpgilər var Hansı xəstəlikdən şübhələnmək olar? A) Eksudativ kataral diatez
B) Skarlatina +
C) Hemorragik diatez
D) Qızılca
E) Su çiçəyi
741) Xəstəxanaya 10 yaşlı uşaq gətirilib. Huşu itib, nəbzin dəqiqəlik sayı 140, tənəffüsün dəqiqəlik sayı 35- dir. 3 gündür xəstədir. Xəstəlik qusma ilə başlayıb. Sidiyin müayinəsində şəkər və aseton tapılıb. Klinik diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Hipoqlikemik koma
B) Pnevmoniya
C) Şəkərli diabet
D) Şəkərsiz diabet
E) Hiperqlikemik koma +
742) Uşaq 3 yaşındadır. Bağçaya gedir. Xəstəliyi kəskin başlayıb, hərarəti 38, 5°C, qarnında ağrı var, 1 dəfə qusub. Uşaqda tez - tez selik və qanla qarışıq nəcis ifrazı var, uşaq narahatdır, gücənir, defekasiya ağrılıdır. Uşaq hansı xəstəlikdən əziyyət çəkir? A) Qida toksikoinfeksiyası
B) Sadə dispepsiya
C) Salmonelloz
D) Toksik dispepsiya +
E) Dizenteriya
743) Qlomerulonefrit xəstəliyi keçirmiş uşaqlar neçə il dispanser nəzarətdə saxlanılır? A) 2 il
B) 5 il +
C) 3 il
D) Dispanser qeydiyyata götürülmür
E) 1 il
744) Qlomerulonefrit xəstəliyi iə stasionardan evə yazılan uşaq neçə müddət ambulator müalicə almalıdır? A) 6 aydan 8 aya kimi
B) 6 aydan 10 aya kimi
C) 10 aydan 6 ilə kimi
D) 6 - 10 aydan 2 - 3 yaşa kimi +
E) 1 aydan 6 aya kimi
745) Yenidoğulmuş uşağın çəkisi ən az nə neçə qramdan aşağı olduqda bağlı küvezə qoyulur? A) 1900
B) 1700
C) 2000
D) 2100
E) 1500 +
746) Uşaqlarda disbakteriozun müalicəsində təyin edilir. A) Biseptol
B) Dimedrol
C) Panzinorm
D) Bifidobakterin +
E) Penisillin
747) Uşaqlarda revmatik xoreya özünü hansı şəkildə biruzə verir? A) Pilorostenoz
B) Boğulma ilə
C) Larinqospazmla
D) Pilorospazmla
E) Hiperkinezlərlə +