815) Elektrotravmalarda ilk görüləcək vacib tədbir hansıdır? A) Ağrıkəsici vurmaq
B) Cərəyanın təsirini kəsmək +
C) Spazmolitiklər vurmaq
D) Aseptik sarğı qoymaq
E) Eufillin vurmaq
816) Zədələnmələrdə hansı müddət ərzində soyuq qoymaq lazımdır? A) 6 saat
B) 1 gün +
C) 5 gün
D) 3 gün
E) 7 gün
817) Tetanus əleyhinə zərdabın durulaşdırılmış dəri içi sınağı üçün işlədilən nisbəti: A) 1:500 +
B) 1:1000
C) 1:100
D) 1:50
E) 1:10
818) Yarada olan spesifik qoxunu azaltmaq üçün hansı antiseptik məhlul işlədilir? A) Yod
B) Furasillin
C) Kalium permanqanat + ( 0.1-0.05%)
D) Gümüş nitrat
E) Spirt
819) Anaerob infeksiyaların törədiciləri hansılardır? A) Streptokoklar
B) Klostridilər +
C) Rikketsiyalar
D) Stafilokoklar
E) Basillər
820) Hipertonik imalə üçün natrium-xlorun neçə faizli məhlulu işlədilir: A) 2 %
B) 20 %
C) 15 %
D) 0, 5 %
E) 10 % + (100-200ml)
821) Mədəyə zond salınarkən nə üçün püskürmə (aerozol) şəklində anesteziya etmək olmaz? A) Yuxarı tənəffüs yollarını çətinləşdirir
B) Burunla tənəffüsü çətinləşdirir
C) Zondu udarkən burula bilər
D) Qida borusunun əzələsini yumşaldır
E) Udma və qusma refleksini zəiflədir +
822) Mədənin zondlanmasında hansı anesteziya növündən istifadə olunur? A) 10 %-li lidokainlə
B) 5 %-li sovkainlə
C) 0, 5 %-li novokainlə
D) Ümumiyyətlə anesteziya olunmur +
E) 3 %-li trimekainlə
823) İmalə üçün istifadə olunmuş ucluqlar istifadədən sonra nə edilir? A) Sterilizasiyaya göndərilir
B) Dezinfeksiya edilir +
C) Salfetlə silinir
D) Yandırılır
E) Axar su altlnda yuyulur
824) İmalə üçün istifadə olunan ucluqlar neçə faizli xloramin məhlulunda dezinfeksiya olunur? A) 1 %-li
B) 10 %-li
C) 6 %-li
D) 5 %-li
E) 3 %-li +