900) Planlı əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur? A) Sanitar təmizlənmə aparılmır
B) Tam sanitar işlənmə +
C) Hissəvi sanitar təmizlənmə
D) Dərinin silinməsi və ağların dəyişdirilməsi
E) İmalə və əməliyyat sahəsinin işlənməsi
901) Fövqəladə əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur? A) Sanitar işlənmə aparılmır +
B) Dərinin silinməsi və ağların dəyişdirilməsi
C) Hissəvi sanitar işlənmə
D) Tam sanitar işlənmə
E) Bağırsaqların və sidik kisəsinin boşaldılması
902) Planlı əməliyyatdan əvvəl dərinin tüklərdən təmizlənməsi nə vaxt aparılır? A) Əməliyyatdan 1 sutka əvvəl
B) Əməliyyat otağında
C) Əməliyyat stolunda
D) Səhər, əməliyyat olunan gün +
E) Axşam vaxtı
903) Əməliyyatönü dövrün əsas məqsədi nədir? A) Xəstənin vəziyyətinin qiymətləndirilməsi
B) Ürək-damar sisteminin müayinəsi
C) İnfeksiya ocaqlarının sanasiyası
D) Xəstənin vəziyyətinin yaxşılaşdırılması
E) Xəstənin əməliyyata hazırlanması +
905) Növbəti gün saat 9.00- a planlaşdırılmış əməliyyat olunacaq xəstənin axırıncı qida qəbulu nə vaxt olmalıdır? A) Əməliyyat günü, səhər yeməyi
B) Əvvəlki gün ümumiyyətlə qida qəbul etmir
C) Əməliyyatdan əvvəlki gün saat 20.00 qədər +
D) Əməliyyatdan əvvəlki gün saat 22.00
E) Əməliyyatdan əvvəlki gün, nahar yeməyi
906) Əməliyyatdan sonrakı dövrdə xəstə ilkin olaraq harada yerləşdirilir? A) Operasion blokda
B) Təcrid palatasında
C) Xəstəxanadan çıxarılır
D) Reanimaiya şöbəsində və əməliyyatdan sonrakı palatada +
E) Ümumi palatada