931) Ağ ciyər qanaxmasında xəstəni hansı vəziyyətdə daşımaq olar? A) Yarım oturaq +
B) Böyrü üstə uzanmış
C) Arxası üstə uzanmış
D) Qarnı üstə uzanmış
E) Ayaqlar yuxarı qaldırılmış vəziyyətdə
932) Yuxu arteriyası zədələnərsə qanaxmanı necə saxlamaq olar? A) Yaranın üzərinə sıxıcı sarğı qoymaqla
B) Yaraya qan saxlayıcı alət qoymaqla
C) Yaranı tamponada etməklə
D) Boyuna turna qoymaqla
E) Yuxu arteriyasını barmaqla VI boyun fəqərəsinin köndələn çıxıntısına sıxmaqla +
933) Əməliyyat və sarğı otağının havasını mikrobsuzlaşdırmaq üçün nə edirlər ? A) Pəncərələrə tor tuturlar
B) Divarları və döşəmələri xloraminlə yuyurlar
C) Otaqdakı əşyaların üzərini nəm əski ilə silirlər
D) Otağa aerozol çiləyirlər
E) Bakteriosid lampalarla şüalandırırlar +
934) Əməliyyat bloku əsaslı olaraq neçə gündən bir təmizlənir? A) Hər gün
B) Ayda bir dəfə
C) İldə bir dəfə
D) Həftədə bir dəfə +
E) İki həftədən bir
935) Hava damcı infeksiyasının qarşısını almaq üçün tibb işçiləri nədən istifadə edirlər? A) Xalat və əlcək geyinirlər
B) Əllərini tez-tez yuyurlar
C) Maska taxırlar +
D) Aerozol çiləyirlər
E) Otağın havasını dəyişirlər
936) Qida borusunun kimyəvi preparatla yanığında ilk tibbi yardım kimi nə etmək lazımdır? A) Mədə ilıq su ilə yuyulur və ağrı kəsici preparat vurulur +
B) Zərənçəkənə artıq miqdarda soyuq su içirdilir
C) Zərərçəkən qusdurulur
D) Kimyəvi preparatı zərərsizləşdirən maddə içirdilir
E) Süd içirdilir
937) Nəqliyyat şinalarından hansı məqsədlə istifadə eidilir? A) Zədələnmiş nahiyyəni imobilizə etməq məqsədi ilə +
B) Zərərçəkmişi daşımaq məqsədi ilə
C) Çıxıqları yerinə salmaq məqsədi ilə
D) Sınıqları müalicə etmək məqsədi ilə
E) Qanaxmanı saxlamaq məqsədi ilə