970) Əllərin işlənməsində hansı antiseptik maddədən istifadə edilir? A) Formalin
B) Benzoy turşusu
C) Pervomur (C-4) +
D) Lyuqol məhlulu
E) Brilliyant yaşılı
971) Tikiş materialını yağsızlaşdırmaq üçün hansı məhlulda saxlayırlar? A) 5%-li yodun spirtli məhlulu
B) Efir +
C) Karbol turşusu
D) 3%-li hidrogen peroksid
E) Pervomur
972) Quruducu şkafda sterilizasiyaya nəzarət üçün nədən istifadə olunur? A) Kükürd
B) Aspirin
C) Benzoy turşusu
D) Nişasta
E) Tiomoçevina + (180-220)
973) Halloidlər qrupuna hansı aiddir? A) Hidrogen-peroksid
B) Metilen abısı
C) Yodonat +
D) Brilliyant yaşılı
E) Furasilin
974) Arterial qanaxma üçün xarakterik əlamət hansıdır? A) Qanın daxilə axması
B) Qanın yavaş axması
C) Nəbzvari al rəngdə qanın axması +
D) Qanın yara səthini örtməsi
E) Qanın damcı ilə axması
975) Daxili qanaxmanın xarakter əlaməti hansıdır? A) Temperaturun yüksəlməsi
B) Dərinin hiperemiyası
C) Diurezin çoxalması
D) Arterial təzyiqin artması
E) Dəri örtüyünün avazıması +
976) Arterial qanaxmanın müvəqqəti dayandırılmasında hansı üsuldan istifadə olunur? A) Damara tikilməsi
B) Damarların sklet sümüklərinə sıxılması +
C) Buz qovuqcuğunun qoyulması
D) Damar protezinin qoyulması
E) Ətrafa yuxarı vəziyyətin verilməsi
977) Onkologiyada ən etibarlı diaqnostik üsul hansıdır? A) Perkusiya
B) Rentgenoloji
C) USM
D) Histoloji +
E) Endoskopik
978) Metastaz nədir? A) Şişin yayılması +
B) Şişin böyüməsi
C) Şişin böyüməməsi
D) Şişin geriyə inkişafı
E) Şişin parçalanması
979) Bədxassəli şişlərin radikal müalicəsi nə vaxt mümkündür? A) II-III mərhələdə
B) IV mərhələdə
C) III mərhələdə
D) III-IV mərhələdə
E) I-II mərhələdə +