283) Xəstənin qidalanması zamanı göstərilən üsullardan hansı süni qidalanmaya aid deyil? A) Qida maddələrini düz bağırsaqdan yeritmək
B) Fistula vasitəsilə yedizdirilmə
C) Parenteral yolla qidalanma
D) Qidanın zondla yeridilməsi
E) Xəstənin qaşıqla yedizdirilməsi +
284) Xəstədə tənəffüs hərəkətlərini sayarkən tibb bacısının taktikası nədən ibarətdir? A) Tibb bacısı xəstəyə tapşırır ki,sakit dayansın
B) Tənəffüs hərəkətlərini 5 dəqiqə müddətində sayır
C) Tənəffüs hərəkətlərini sayarkən xəstəyə dərindən nəfəs alıb, verməyi tapşırır
D) Tibb bacısı tənəffüs hərəkətlərini saymağı xəstənin özünə tapşırır
E) Tibb bacısı tənəffüs hərəkətlərini sayarkən çalışmalıdır ki,xəstə bunu hiss etməsin +
285) Miokard infarktı olan xəstəyə tibb bacısı nəyi qadağan edə bilər? A) Meyvə şirələrini
B) Suda bişmiş balığı
C) Buxarda bişmiş kotleti
D) Suda bişmiş əti
E) Qaz əmələ gətirən qidaları (lobya,kartof,qara çörək və s.) +
286) Kəskin böyrək xəstəlikləri zamanı sadalananlardan hansı tibb bacısının vəzifəsi deyil? A) Xəstənin yataq rejimində olmasına nəzarət etmək
B) Xəstənin sidik müayinələrinin cavablarını xəstəlik vərəqində qeyd etmək
C) Xəstənin pəhriz saxlamasına nəzarət etmək
D) Paranefral blokada aparmaq +
E) Həkimin təyin etdiyi dərmanları xəstənin qəbul etməsinə nəzarət etmək
287) Əzələ daxilinə inyeksiya zamanı ən çox nə qədər məhlul yeritmək olar? A) 2 ml
B) 5 ml
C) 3 ml
D) 10 ml +
E) 20 ml
288) Sadalananlardan hansı inyeksiyanın ağırlaşması deyil? A) Abses
B) Dəridə damar ulduzcuqlarının olması +
C) Hematoma
D) Fleqmona
E) İnfiltrat
289) Xəstəni nəcisdə gizli qana görə müayinəyə hazırlayarkən qidadan hansı ərzaq çıxarılmalıdır? A) Süd
B) Çörək
C) Südlü sıyıq
D) Yağ
E) Ət +