36) Qızılca xəstəlyi ilk 3 gündə hansı simptomlarla müşayiət olunur? A) Fotofobiya, konyuktivit, Filatov ləkələri +
B) “Moruğu dil”, Filatov üçbucağı
C) Tüpürcək vəzilərinin böyüməsi
D) Çoğrafi dil
E) Başın tüklü hissəsində səpgilər
37) “Soyuq Zəncir” sisteminin təlabatlarına riayət etmək lazımdır: A) Yalnız vaksinlərin daşınması zamanı
B) Yalnız vaksinlərin saxlanılması zamanı
C) Vaksinlərin daşınması, saxlanılması və istifadəsi zamanı +
D) Vaxtı keçmiş vaksinlərin məhv edilməsi zamanı
E) Yalnız vaksinlərin istifadəsi zamanı
38) Təhlükəsiz qutu nə üçün nəzərdə tutulmuşdur? A) Rezin əlcəklər üçün
B) İstifadə olunmuş inyeksiya alətləri və vaksin flakonları üçün +
C) Tənzif kürəcikləri atmaq üçün
D) Pambıq tamponlar üçün
E) Şprisin ucluğunu və kağız qablamasını atmaq üçün
39) Təhlükəsiz qutunu (TQ) hansı üsullarla məhv etmək lazımdır? A) Sadalanan üsulların hər birindən istifadə edilir +
B) Xüsusi çalada basdırılma
C) İnsinerasiya sobasında yandırılma
D) Konteynerdə yandırılma
E) Xüsusi quyuda yandırılma
40) Vaksin flakonunun üzərində olan nəzarət indikatoru nəyi göstərir? A) Vaksinin fiziki vəziyyətinin dəyişdiyini (topalar, bulanıqlıq)
B) Vaksinin uzun müddət yüksək temperaturda qaldığını +
C) Vaksinin yararlılıq müddətinin bitdiyini
D) Vaksinin donmaya məruz qaldığını
E) Vaksin flakonunun tamlığının pozulduğunu
41) Yenidoğulmuşlarda hemoqlobinin miqdarı nə qədər olmalıdır? A) 110-140 q/l
B) 80-120 q/l
C) 90-110 q/l
D) 180-240 q/l +
E) 100-160 q/l
42) Lyamblioza xas olan əlamətlər hansılardır? A) Sadalananların hamısı +
B) Meteorizm, qarında “qurultu” əlaməti
C) Dəridə səpgilər, piqmentasiya
D) Qəbzliklə ishalın növbələşməsi
E) Ürəkbulanma, qusma