562) Yenidoğulmuşa gigiyenik vanna nə vaxt təyin olunur ? A) Doğulandan 8 saat sonra
B) Göbək yarası sağalmamış
C) İlk patronajdan sonra
D) Göbək yarası sağalandan sonra +
E) Doğulan kimi
563) Ilk patronaj nə vaxt aparılır? A) Doğum evindən evə yazılandan bir həftə sonra
B) Doğum evindən evə yazılandan 10 gün sonra
C) Doğum evindən evə yazılandan sonra 3 gün ərzində +
D) Doğum evindən evə yazılandan bir ay sonra
E) Doğulan kimi
564) Xardal yaxması qoyarkən nəyə fikir verilməlidir ? A) Vəziyyətin ağırlığına görə
B) Sümük sisteminin vəziyyətinə
C) Dərinin vəziyyətinə və həssaslığına +
D) Vəziyyıtinə və yaşına görə
E) Sinir sisteminin vəziyyətinə
565) Hipoksiyanın qısa müddətli dölə təsirindən nə qeyd olunur? A) Apnoe
B) Taxikardiya +
C) Bradikardiya
D) Taxipnoe
E) Bradipnoe
566) Eksikoz dedikdə nə başa düşülür? A) Qan çatmamazlığı
B) A/T (arterial təzyiqin)düşməsi
C) Qusma
D) İshal
E) Susuzluq +
567) Südəmər uşaqlarda hipotrofiya (çəkinin normadan az olması) nə zaman baş verir? A) Qan azlığı olduqda
B) Mədə-bağırsaq pozğunluğu olduqda
C) Süni qidalanma zamanı
D) Vitamin çatmamazlığı olduqda
E) Xroniki qida pozğunluğu olduqda +
568) Süd yarasının törədicisi nədir? A) Viruslar
B) Göbələklər +(kandida cinsinə aid maya göbələkləri)
C) Koklar
D) Strepfokoklar
E) Stafilakoklar
569) Uşaqlarda yalançı inağ tutması zamanı hansı əlamətlər baş verir? A) Qusma, ishal
B) Hərarət
C) Sianoz
D) Hürücü öskürək, boğulma, tənəffüzün çətinləşməsi +
E) Baş ağrısı
570) Uşaq üçün duodenal zondun uzunluğu necə təyin ounur? A) Dildən göbəyə qədər
B) Döş sümüyündən göbəyə qədər
C) Dişdən göbəyə qədər
D) Qaş arasından göbəyə qədər +
E) Burundan göbəyə qədər