603) Süni qidalanan uşağa ana südünü əvəzedici kimi nə vermək olar? A) düyü həlimi
B) kefir
C) südlü qarışıqlar +
D) tərəvəz püresi
E) meyvə şirəsi
604) Şəkərli diabetlə xəstə olan uşağın qidasından nə çıxarılır? A) kefir
B) şirniyyat
C) yağsız ət
D) qarabaşaq
E) meyvə
605) Yoluxucu xəstəlik keçirmiş uşaqda hansı formada immunitet yaranır? A) aktiv, təbii +
B) passiv, süni
C) aktiv, süni
D) yaranmır
E) passiv, təbii
606) Kəskin respirator virus infeksiyasından sonra uşaqlarda daha çox hansı ağırlaşma baş verə bilər? A) pnevmoniya +
B) şəkərli diabet
C) pielonefrit
D) leykoz
E) vərəm
607) Uşaq yaşlarında anemiyanın hansı formalarına daha çox rast gəlinir? A) hemolitik
B) posthemorragik
C) vitamindefisitli
D) zülaldefisitli
E) dəmirdefisitli +
608) Yarımçıq doğulmuş uşaqlarda hansı əmgək açıq olur? A) böyük, kiçik və yan əmgəklər +
B) hamısı bağlı olur
C) yan əmgəklər
D) böyük, yan əmgəklər
E) böyük və kiçik
609) Yenidoğulmuşlarda ağır asfiksiya Apqar şkalasına görə necə balla qiymətləndirilir? A) 4-5
B) 9-10
C) 11-12
D) 6-7
E) 1-3 +
610) Boyunun uzunluğu neçə santimetr olan uşaq yarımçıqdoğulmuş sayılır? A) 53
B) 45 +
C) 47
D) 49
E) 50
611) Bişməcənin qarşısını almaq ücün yenidoğulmuşun dərisi nə ilə təmizlənir? A) steril bitki yağı ilə +
B) fizioloji məhlulla
C) tetrasiklin məhlulu ilə
D) qaynanmış su ilə
E) poliqlükin məhlulu ilə
612) Yenidoğulmuşun göbək qalığı adətən neçənci gün düşür? A) 1-2
B) 4-5 +
C) 3-4
D) 8-9
E) 6-7
613) Tibb bacısı poliklinikadan kənarda uşaqda larinqospazm olduğunu görərsə,nə etməlidir? A) təcili xəstəxanaya göndərməli +
B) fizioterapevtik müalicəyə göndərməli
C) oksigen verməli
D) larinqoskopiya etməli
E) ağrıkəsici yeritməli