748) İntoksikasiya , qarında və beldə ağrı, Pasternatski simptomunun (+) olması böyük yaşlı uşaqlarda hansı xəstəliyin mövcud olduğunu göstərir. A) Vulvovaginit
B) Sistit
C) Pielonefrit +
D) Nefropatiya
E) Qastrit
749) Oral dehidratasiya məqsədilə uşağa nə təyin olunur. A) Poliqlükin, reopoliqlükin
B) Vitaminlər
C) Poliqlükin, hemodez
D) "Oralit", " Rehidron +
E) Hemodez, fizioloji məhlul
750) Aşağıdakılardan hansı yenidoğulmuş üçün xarakterikdir? A) Açıcı əzələnin hipotoniyası
B) Bükücü əzələnin hipotoniyası
C) Açıcı əzələnin hipertoniyası
D) Bükücü əzələnin hipertoniyası +
E) Əzələ tonusunun normal olması
751) Uşaqlarda süd dişlərinin daimi dişlərlə əvəz olunması nə vaxt başa çatır? A) 13 - 14 yaşda
B) 5 - 6 yaşda +
C) 3 - 4 yaşda
D) 7 - 8 yaşda
E) 11 - 12 yaşda
752) Uşaqlarda pankreatit necə xəstəlikdir? A) İltihabi
B) Endokrin
C) İltihabi – distrofik +
D) İrsi
E) İmmun - allergik
753) İrradiasiya edən kəmərvari ağrı hansı xəstəlik üçün xarakterikdir? A) Xroniki hepatit
B) Kəskin xolesistit
C) Öd daşı xəstəliyi
D) Kəskin pankreatit +
E) Kəskin A hepatit
754) Pielonefrit zamanı xəstəliyin hansı dövründə ciddi yataq rejimi təyin edilir. A) Bakteriuriya dövründə
B) Kəskin dövürdə +
C) İlk 3 gün
D) Təyin olunmur
E) Tam sağalana qədər
755) Bağırsaq infeksiyası aşkar olunmuş ocaqda neçə gün karantin saxlanılır? A) 23 gün
B) 21 gün
C) 14 gün
D) 7 gün +
E) 1 gün
756) Uşaqlarda öd kisəsi və öd yollarının birgə iltihabı necə adlanır? A) Xolesist
B) Pankreatit
C) Enterokolit
D) Xolesistoxolangit +
E) Öd yollarının diskineziyası