776) Kəllə əsası sümüklərinin sınıqları nə ilə müşayət olunur? A) Qulaqdan və burundan qan və likvorun axması +
B) Gözlərdə ikigörmə
C) Mimiki əzələlərin qıcolması
D) Dərialtı emfizema
E) Göz qapaqlarının ödemi
777) Hidrodenit hansı vəzilərin irinli iltihabıdır? A) Piy vəzilərinin
B) Sekresiya vəzilərinin
C) Tüpürcək vəzilərinin
D) Tər vəzilərinin +
E) Böyrəküstü vəzilərinin
778) Hansı hallarda qanqrena əleyhinə zərdabdan istifadə olunur ? A) Sarğının absesində
B) Çanaq sümüklərinin qapalı sınıqlarında
C) Ovucun fleqmonasında
D) Aşağı ətrafın çirklənmiş yaralanmalarında +
E) Baldır sümüklərinin qapalı sınıqlarında
779) Fleqmonanın yumşalma mərhələsində hansı müalicə növündən istifadə olunur? A) İsidici kompreslər
B) Antibiotiklərlə novokain blokadası
C) Autohemoterapiya
D) İrinciyin punksiyası və antibiotiklərin yeridilməsi
E) Geniş kəsiyin aparılması və irinciyin drenajlanması +
780) Hidrodenit ən çox harada lokalizasiya edir? A) Kürək nahiyəsində
B) Qasıq nahiyəsində
C) Qoltuqaltı nahiyədə +
D) Qarın nahiyəsində
E) Boyun nahiyəsində
781) Karbunkul zamanı kəsik apardıqda anesteziyanın hansı növündən istifadə olunur? A) Nəqledici anesteziya
B) Futlyar anesteziya
C) İnfiltrasion anesteziya
D) Terminal anesteziya
E) Venadaxili narkoz +
782) Pandaktilit nəyin iltihabıdır? A) Dəri və selikli qişanın
B) Vətər yatağının
C) Barmaq dərisinin
D) Sümük iliyinin
E) Barmağın bütün toxumalarının iltihabı +
783) Aşağıdakı əlamətlərdən yemək borusu xərçənginə aid xarakterik əlamət hansıdır? A) Çəkinin azalması
B) İştahanın pozulması
C) Disfagiya +
D) Ümumi halsızlıq
E) Dərinin quruluğu