844) Qastroskopiya zamanı hansı anestetik məhluldan istifadə edilir? A) Anesteziya edilmir
B) 3 %-li trimekain vurulur
C) 0, 5 %-li novakainlə anesteziya edilir
D) Udlağa 1 %-li dikain məhlulu sürtülür +
E) 0, 25 % novakain vurulur
845) Sorulan sintetik saplara hansı saplar aid edilir? A) Vikril +
B) Dakron
C) Neylon
D) Kapron
E) Lavsan
846) Əməliyyat blokunda neçə qoruyucu zona vardır A) 5
B) 2
C) 4
D) 1
E) 3 +
847) Əməliyyat tibb bacısı əməliyyat zamanı iri salfetləri neçə dəfə saymalıdır? A) saymamalıdır
B) 1
C) 2
D) 3 +
E) 5
848) Toxumalar arasına qanın toplanması necə adlanır? A) Teratoma
B) Mioma
C) Qlioma
D) Osteoma
E) Hematoma +
849) Barmaqlarda əməliyyat zamanı tətbiq olunan yerli anesteziya hansıdır? A) İnfiltrasiya üsulu
B) Onurğa beyni anesteziyası
C) Oberst - Lukaşeviç üsulu +
D) Vişnevski üsulu
E) Futlyar anesteziya
850) Körpücük sümüyünün sınıqlarında hansı sarğı qoyulur ? A) Sünbülvari sarğı
B) Tısbağavari sarğı
C) Dezo sarğısı +
D) Spiral şəkilli sarğı
E) Ləçək sarğısı
851) Döş qəfəsinin yaralanmalarında hermetiklik yaradan sarğı hansıdır? A) Gips sarğısı
B) Bint sarğısı
C) Okklüziya sarğısı +
D) Dezo sarğısı
E) Ləçək sarğısı
852) Bərk sarğılara hansı sarğı aiddir? A) Kolloid sarğı
B) Leykoplastırlı sarğı
C) Gips sarğısı +
D) Yapışqanlı sarğı
E) Bint sarğıları
853) Flakonda qanın infeksiyalaşmasını göstərən əlamət hansıdır? A) Plazma bulanlıq, fibrin lopalarla +
B) Qan üç qatlı, plazma isə şəffafdır
C) Plazma çəhrayı rəngdə
D) Plazma şəffafdır
E) Plazma sarı rəngdə, şəffaf