880) Aralıq nahiyyəsində hansı sarğı növündən istifadə olunur? A) Sünbülvari
B) T-şəkilli +
C) Spiralvari
D) Dairəvari
E) Sapandvari
881) Bərk sarğılara hansı sarğı növü aiddir? A) Torlu elastiki bint
B) Gips +
C) Yapışqan plastik
D) Kolloid
E) Kleol
882) Donor kimə deyilir? A) İnfuziya yolu ilə maye köçürülən şəxsə
B) Qanını və ya orqanını digər insana verən şəxsə +
C) Qan azlığı olan şəxsə
D) Qanaxmaya meyilli şəxsə
E) Qan köçürülən şəxsə
883) Resipient kimə deyilir? A) Sağalan şəxsə
B) Qanaxmaya meyilli şəxsə
C) Qan itirməsi olan şəxsə
D) Orqan və ya qanını digər insana verən şəxsə
E) Qan köçürülən şəxsə +
884) Reinfuziya nədir? A) Birbaşa qanın köçürülməsi
B) Cift qanının köçürülməsi
C) Util qanın köçürülməsi
D) Auto qanın köçürülməsi +
E) Konservləşdirilmiş qanın köçürülməsi
885) Aşağıdakı preparatlardan hansı narkozdan əvvəl premidikasiya məqsədilə mütləq işlədilməlidir? A) Fentanil 0, 005 %
B) Analgin 50 %
C) Novakain 0, 5 %
D) Atropin 0, 1 % +
E) Lidokain 1 %
886) Yumuşaq sarğılara hansı aiddir? A) İmprovizə olunmuş şinalar
B) Kramer şinası
C) Kleol
D) Borulu elastiki bint +
E) Gips sarğısı
887) Aşıq daban oynağının zədələnmələrində hansı sarğı qoyulur? A) Səkkizvari +
B) Sünbül
C) Qayıdan
D) Spiralvari
E) Tısbağavari
888) Orqanizmin soyuğa qarşı ilk reaksiyası özünü necə biruzə verir? A) Epidermisin nekrozu
B) Damarların spazmı +
C) Temperaturun yüksəlməsi
D) Ağrı
E) Suluqların olması
889) Filtirli bikslərdə olan sarğı materiallarını sterilizasiyadan sonra maksimum nə qədər saxlamaq olar? A) 10 gün
B) 6 saat
C) 20 gün +
D) 40 gün
E) 5 gün