768) Travma zamanı yalnız sınığa xas olan əlamət hansıdır?
A) Patoloji hərəkətlilik
B) Qansızma
C) Şişkinlik
D) Sümük qırıntılarının krepitasiyası
E) Ətrafın funksiyasının pozulması
Ədəbiyyat: “Tibb bacısının məlumat kitabı”. “Çıraq” nəşriyyatı 2008. Səh. 256
769) Bədxassəli şişə məxsus əlamət hansıdır?
A) Ətraf toxumalara yayılmır
B) Kaxeksiya yaratmır
C) Kapsula ilə əhatə olunur
D) Kənarları məhduddur
E) Ətraf toxumalara sirayət edir
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 165
770) İrinli yaraya drenaj boru nə üçün qoyulur?
A) Sarğı qoymaq üçün
B) Epitelizasiyanı tezləşdirmək üçün
C) Ağrını azaltmaq üçün
D) Qanaxamanı dayandırmaq üçün
E) Yara möhtəviyyatının axması üçün
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 130
771) “Eynək” simptomu nə zaman baş verir?
A) Beyin sərpməsi zamanı
B) Beyin sıxılması zamanı
C) Kəllə əsası sümüklərininin sınığı zamanı
D) Kəllə tağının sınığı zamanı
E) Beyin silkələnməsi zamanı
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 170
Dostları ilə paylaş: |