856) Yataq yaralarının profilaktikası üçün görülməyən tədbir hansıdır?
A) Dərinin kamforalı spirtlə silinməsi
B) Rezin halqanın qoyulması
C) Yataq ağlarının ütülənməsi
D) Tənəffüs gimnastikası
E) Xəstənin çevrilməsi
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 197
857) Kəsilmiş təzə yaranın ən təhlükəli simptomu hansıdır?
A) İkincili nekroz
B) Qanaxma
C) Yara ətrafında suluqlar
D) İltihab
E) Demarkasiya xətti
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 312
858) Cərrahi əməliyyatlar zamanı drenajlar nə üçün qoyulur?
A) Epitelizasiyanı sürətləndirmək üçün
B) Çapıq əmələ gəlməsi üçün
C) Qanaxmanı dayandırmaq üçün
D) Yaranı təftiş etmək üçün
E) Yara ifrazatını çıxarmaq üçün
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 322
859) I-II dərəcəli termiki yanıq zamanı həkiməqədərki yardım hansıdır?
A) Yanıq sahəsindən yuxarıda turna qoymaq
B) Aseptik sarğı qoyub,təcili yardım çağırmaq
C) Antibiotiklər vurmaq
D) Süni ağ ciyər aparatına qoşma və ürəyin masajı
E) Tənəffüsü yaxşılaşdırmaq üçün analeptiklər vurmaq
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292
Dostları ilə paylaş: |