958) Əllərini əməliyyata hazırlamış cərraha əməliyyat paltarını kim geyindirir?
A) Cərrahın assisteti
B) Cərrah geyindikdən sonra əllərini yuyur
C) Əməliyyat paltarını geyinmiş əməliyyat tibb bacısı geyindirir
D) Cərrah özü geyinir
E) Əməliyyat otağının xadiməsi
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 120
959) Qarnın ön divarı yaralanmış zərərçəkəni necə daşımaq məqsədə uyğundur?
A) Zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır
B) Arxası üstə uzanmış və ayaqlarını uzatmış vəziyyətdə daşınır
C) Zərərçəkən böyrü üstə uzanmış vəziyyətdə daşınır
D) Zərərçəkən qarnıüstə uzanmış vəziyyətdə daşınır
E) Zərərçəkən başıaşağı, ayaqları yuxarı qaldırılmış vəziyyətdə daşınır
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128
Dostları ilə paylaş: |