145) Qastroskopiya müayinəsinin aparılması üçün xəstə müayinəyə necə gəlməlidir?
A) Nəzarət yeməyi yedikdən sonra
B) Yeməkdən dərhal sonra
C) Acqarına
D) Yeməkdən 1 saat sonra
E) “Almagel” qəbul etdikdən sonra
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 28 “Çıraq” 2008.
146) Endemik urun profilaktikası üçün hansı məhsullar yodlaşdırılır?
A) Ət məhsulları
B) Xörək duzu
C) Bitki yağları
D) Süd məhsulları
E) Qənnadı məmulatları
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh. 117. “Çıraq” 2008
147) Qanın ümumi analizində nəyi müəyyən etmək olmur?
A) Eritrositlərin çökmə sürətini
B) Leykositləri
C) Hormonları
D) Hemoqlobini
E) Eritrositləri
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 27 “Çıraq” 2008
Dostları ilə paylaş: |