178) Vərəm əleyhinə BCJ vaksininin yararlılıq müddəti nə qədərdir?
A) 6 ay
B) 1 il
C) 3 ay
D) 2 il
E) 1 il 6 ay
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısınn məlumat kitabı”. Səh. 167 “ Çıraq” 2008.
179) Plevral punksiya üçün tibb bacısı nəyi hazırlamalıdır?
A) Arterial sıxıcı
B) Mikuliç sıxıcısı
C) Uzunluğu 8 -10 sm olan iynə
D) Troakar
E) Kassirski iynəsi
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 199. “Maarif” 1974
180) Qanhayxırma nədir?
A) Paslı bəlğəm ifrazı
B) Bəlğəmdə nöqtələr və saplar şəklində qanın olması
C) Öskürək zamanı al qan və ya qanlı bəlğəm ifrazı
D) Qan lifləri olan köpüklü bəlğəm
E) “Qəhvə xıltı ” şəklində qusma
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.511 “Çıraq” 2008
181) Qanhayxırma zamanı tibb bacısı sərbəst olaraq hansı tədbiri görə bilməz?
A) Xəstəyə yarımoturaq vəziyyət vermək
B) Qansaxlayıcı preparatlar yeritmək
C) Xəstəni sakitləşdirmək
D) Xəstəyə danışmağı qadağan etmək
E) Həkim çağırmaq
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 512 “Çıraq” 2008
Dostları ilə paylaş: |