Tibb bacısı Pediatriya Üzrə Test Tapşiriqlar 1 Skarlatina zamanı İlk əsas klinik əlamət hansıdır?


) Elektrotravma zamanı aşağıda göstərilən yardımlardan hansı qəti qadağandır?



Yüklə 307,83 Kb.
səhifə84/343
tarix10.01.2022
ölçüsü307,83 Kb.
#106311
1   ...   80   81   82   83   84   85   86   87   ...   343
292) Elektrotravma zamanı aşağıda göstərilən yardımlardan hansı qəti qadağandır?
A) Xəstəni dərhal cərəyan mənbəyindən ayırmaq

B) Elektrik vurma nəticəsində əmələ gələn yanıq nahiyəsinə aseptik sarğı qoymaq

C) Xəstəni ən yaxın xəstəxanaya aparmaq

D) Dərialtına kofein, kordiamin, kamfora vurmaq (damar çatışmazlığı olarsa)

E) Elektrik vurmuş şəxsi torpağa basdırmaq
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.521 “Çıraq” 2008.

293) Poliuriya nədir?
A) Sidik ifrazının olmaması

B) Tez - tez az miqdarda sidik ifrazının olması

C) Sidik kisəsinin boşalmasının mümkün olmaması

D) Gün ərzində ifraz olunan sidiyin miqdarının azalması

E) Gün ərzində ifraz olunan sidiyin miqdarının artması
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.90 “Azərnəşr” Bakı 1984; В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122

294) Taxikardiya zamanı aşağıda göstərilən yardımlardan hansını tibb bacısı ancaq həkimin göstərişindən sonra edə bilər?
A) Venaya novokainamid, inderal və s. antiaritmik preparat yeridər

B) Qarında günəş kələfi nahiyəsinə təzyiq edər

C) Göz almalarına barmaqla təzyiq edər

D) Süni qusdurma tətbiq edər

E) Yuxu arteriyası nahiyəsinə təzyiq edər
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.519“ Çıraq” 2008

295) Kəskin sol mədəcik çatışmazlığı(ürək astması) zamanı tibb bacısı xəstəyə yardım edərkən aşağıda göstərilənlərdən nəyi düz etmir?
A) Həkimin göstərişi ilə qanburaxma aparır

B) Venaya sürətlə strofantin və ya korqlükon yeridir

C) Xəstənin ayaqlarını salladaraq rahat oturmasına kömək edir

D) Oksigenoterapiya aparır

E) Xəstənin ətraflarına turna qoyur
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”.Səh.505 “Çıraq” 2008

296) Sadalananlardan hansı vərəm dispanserində işləyən sahə tibb bacısının səlahiyyətinə aid deyil?
A) Vərəm tapılmış yeni xəstə barədə sanitar - epidemioloji stansiyaya xəbər verir

B) Rentgen və laborator müayinələrin nəticələrini xronoloji qaydada xəstəlik tarixinə yapışdırır

C) Xəstənin müalicəsi ilə əlaqədar məlumatları kartotekaya yazır

D) Dispanserə müraciət edən xəstəni müayinə edir, lazım olan analizləri və müalicəni təyin edir

E) Təzə xəstə üçün sahə tibb bacısının vərəqini açir
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.171 “Çıraq ”2008


Yüklə 307,83 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   343




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin