873) Kəllə beyin travmaları zamanı ilk tibbi yardım göstərilərkən xəstə hansı vəziyyətdə olmalıdır? A) Xəstəyə oturaq vəziyyət verilməlidir
B) Yarımoturaq vəziyyət verməli
C) Uzadılmış, başı yana əyilmiş vəziyyətdə
D) Burun boşluğu yuyulmalıdır
E) Qulaq keçəcəyi yuyulmalıdır
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 358
874) Hansısa bir ətrafın donması zamanı ilk tibbi yardım nədən ibarətdir? A) Qarla ovuşdurmaq
B) Termoizoləedici sarğı qoymaq
C) İsti su ilə ovuşdurmaq
D) Vişnevski məlhəmi ilə sarğı qoymaq
E) Yun parça ilə ovuşdurmaq
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287
875) Uzunmüddətli sıxılma sindromu zamanı ilk tibbi yardım nədən ibarətdir? A) Antiseptiklərlə silib sarğı qoymaq
B) Turna qoymaq və ətrafları soyutmaq
C) Oklüziya sarğısı qoymaq
D) Turna qoymaq və ətrafları isitmək
E) Sıxıcı sarğı qoymaq
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 346
876) Açıq pnevmotoraks zamanı ilk tibbi yardım nədən ibarətdir? A)
Dezo tipli sarğı qoymaq
B) Okklüziya sarğısı qoymaq
C) Zərərçəkmişi arxası üstə uzatmaq
D) Zərərçəkmişi süni tənəffüs aparatına qoşmaq
E) Dəri altına 1 %-li morfin məhlulu yeritmək
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 235
877) Qabırğaların sınığı zamanı xəstəni hansı vəziyyətdə daşımaq olar? A) Qarnı üstə uzadılmış
B) Arxası üstə uzadılmış
C) Oturaq
D) Yarımoturaq
E) Sağlam tərəfə uzadılmış
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 305
878) Qanın maksimal saxlanma müddəti neçə gündür? A) 28 gün
B) 21 gün
C) 16 gün
D) 14 gün
E) 7 gün
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163