127) 1 Təsir Vahidi ( TV) insulin 5 qr qlükozanı qlikogenə çevirirsə, 200 qr qlükozanı qlukogenə çevirmək üçün neçə TV insulin götürülməlidir? A) 10 TV
B) 20 TV
C) 60 TV
D) 25 TV
E) 40 TV
Ədəbiyyat : N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “. Səh.158 “
128) Sidik ifrazının azalması necə adlanır? A) Opsouriya
B) Oliquriya
C) Anuriya
D) Nikturiya
E) Poliuriya
Ədəbiyyat:C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq .Səh.223 “Təhsil”Bakı1998
129) Sidikdə qanın olması necə adlanır? A) Albuminuriya
B) Piuriya
C) Hematuriya
D) Nikturiya
E) Qlükozuriya
Ədəbiyyat:C.N. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 224 “Təhsil” Bakı1998
130) Qazçıxarıcı borunu bağırsaqda maksimum nə qədər saxlamaq olar? A) 3 saat
B) 45 dəqiqə
C) 30 dəqiqə
D) 1, 5 saat
E) 1 saat
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.27” “Çıraq”
2008.
131) Onikibarmaq bağırsaq xorasında ağrılar nə vaxt müşahidə edilir? A) Qida qəbulundan 15 - 30 dəqiqə sonra
B) Qida qəbulu zamanı
C) Qida qəbulundan 2 - 3 saat sonra
D) Gecə və acqarına
E) Qida qəbulundan dərhal sonra
Ədəbiyyat :N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.147 “Çıraq”
2008
132) Duodenal zondlama zamanı neçə pay öd götürülür? A) 1
B) 2
C) 5
D) 4
E) 3
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.Səh.36 “Çıraq”
2008.
133) Aşağıdakılardan hansı instrumental müayinəyə aid deyil? A) Ultrasəs müayinəsi
B) EKQ (elektrokardioqrafiya)
C) Palpasiya
D) Exo KQ (exokardioqrafiya)
E) Kompüter tomoqrafiyası
Ədəbiyyat:С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. Стр. 24