238) Hansı halda tibb bacısı xəstəyə qızdırıcı kompres qoymalıdır?
A) Yüksək qızdırma olduqda
B) Dəridə allergik səpgilər olduqda
C) İrinli proses olduqda
D) İnyeksiyadan sonra yerli infiltrat olduqda
E) Dərinin tamlığı pozulduqda
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 118 . “ Təhsil ” Bakı 1998
.
239) Xəstəyə xardal yaxması qoyarkən tibb bacısı aşağıda göstərilənlərdən hansını
düz etmir?
A)
Xardal kağızını götürdükdən sonra dərini ilıq suda isladılmış dəsmalla silir
B) Xardal qoyulacaq nahiyənin üstünü açır
C) Xardal kağızını 5 - 15 dəqiqə xəstənin bədənində saxlayır
D) Xardal kağızının üstünü dəsmalla örtüb, xəstəni yorğana bürüyür
E) Tibb
bacısı xardal kağızını soyuq suda isladıb, xəstənin bədəninə qoyur
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 115 . “ Təhsil ” Bakı 1998.
Dostları ilə paylaş: