964) Amyöbiazın klinik formaları hansıdır?
A) Anginoz-bubon, göz-bubon, xoralı bubon
B) Bağırsaq, bağırsaqdan kənar, dəri
C) Algit, dəri, qastritik
D) Qastrit, qastrointerit, qastroenterokolitik
E) Dəri, dəri-bubon, ağ ciyər, bağırsaq
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
965) Qarın yatalağının ağırlaşan simptomları hansılardır?
A) Bağırsaq qanaxması, bağırsağın deşilməsi, perforativ peritonit, infeksion, toksiki şok
B) Perforativ peritonit, otit, parotit, bronxit
C) Ağciyər qanaxması, mədə qanaxması
D) Əzələləriniflici, bağırsaq qanaxması
E) Burundan qanaxma, irinli meningit
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
966) Vəba xəstəliyində orqanizmdə baş verən əsas patogenetik dəyişikliklər hansılardır?
A) Nazik bağırsağın limfa aparatının zədələnməsi, orqanizmin intoksikasiyası
B) Bağırsaqdan qanaxma, bağırsaq divarının deşilməsi
C) Bütün orqan və sistemlərdə damar aparatının zədələnməsi
D) Bağırsaq epitelisinin ferment sisteminin zədələnməsi və sorulmanın pozulması, orqanizmin intoksikasiyası, dehidratasiya, deminerallaşma
E) Yoğun bağırsağın nekrotik zədələnməsi
Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
Dostları ilə paylaş: |