1007) Quduzluğa qarşı spesifik müalicə nə vaxt aparılmalıdır?
A) 3 aylığında
B) Xəstəliyin ilk günlərində
C) Dişlənəndən 40 gün sonra
D) Uşaq anadan olan gündən başlayaraq 1 həftə ərzində
E) Dişlənən gündən başlayaraq 14-cü gündən gec olmayaraq
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1008) Dabaq xəstəliyinin mənbəyi bunlardan hansıdır?
A) Xəstə insan, ağcaqanadlar
B) Xəstə gəmiricilər
C) Xəstə insan və bakteriya gəzdirənlər
D) Xəstə mal-qara
E) Xəstə insan və virus gəzdirənlər
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1009) Dabaq xəstəliyi zamanı əsas klnik simptomlar hansılardır?
A) Udma qabiliyyətinin pozulması dilin şişməsi kənarlarında dişlərin izinin
B) Kəskin titrəmə, temperaturun 39-40°-yə yüksəlməsi, selikli qişaların zədələnməsi, hepatoliyenal sindrom, yuxarı ətraf əzələlərinin qıcolması, işıqdan, sudan, səsdən qorxma
C) Kəskin titrətmə, temperaturun 39-40°-yə yüksəlməsi, selikli qişaların zədələnməsi, diş ətindən, mədədən uşaqlıq yollarından qanaxma, ağızdan su axması, işıqdan, sudan qorxma, profuz tərləmə
D) Kəskin titrətmə, temperaturun 39-40°-yə yüksəlməsi, dispeptik əlamətlər, əzələlərin rigidliyi, artralgiyalar, səpkilərin meydana çıxması
E) Kəskin titrətmə, temperaturun 39-40°-yə yüksəlməsi, baş və əzələ ağrıları, selikli qişaların zədələnmələri, cənglərin əmələ gəlməsi, xoralı sahələrin yaranması, regionar limfatik düyünlərin böyüməsi, danışıq, udma qabiliyyətinin pozulması, ağızdan su axma
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
Dostları ilə paylaş: |