116) Silkələnmə testi hansı peyvəndlərdə yoxlanılır?
A) Difteriya, göyöskürək, tetanus (ADGT), Difteriya, tetanus (ADT), hepatit B
B) Qızılca vaksinində
C) BSJ vaksinində
D) QPM vaksinində
E) Poliomielit vaksinində (OPV)
Ədəbiyyat: A.Vəlibəyov Genişləndirilmiş İmmunlaşdırma Proqramının “Soyuq zəncir” sistemi Metodik göstərişlər. Bakı, 2006
117) Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə dəfə yoxlanılır?
A) Temperaturu yoxlamağa ehtiyac yoxdur
B) Günaşırı
C) Gündə 1 dəfə
D) Gündə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda
E) Həftədə 1 dəfə
Ədəbiyyat: A.Vəlibəyov Genişləndirilmiş İmmunlaşdırma Proqramının “Soyuq zəncir” sistemi Metodik göstərişlər. Bakı, 2006
118) Qlomerulonefrit zamanı orqanizmdə sensibilizasiyanı hansı mikroorqanizm yaradır?
A) Qonokokk
B) β-hemolitik streptokokk
C) Helmintlər
D) Ibtidailər
E) Stafillokokk
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
Dostları ilə paylaş: |