173) Böyük yaşlı uşaqların gün ərzində qidalanma faizi necə bölünür?
A) 20- 25% səhər yeməyi, 30-35% nahar, 20% axşam, 20-25% şam yeməyi
B) 35-40% səhər, 25% nahar, 20-25% axşam, 10% şam yeməyi
C) 10% səhər yeməyi, 20-25% nahar, 25% axşam, 35-40% şam yeməyi
D) Qidanın faizlə bölünməsinə ehtiyac yoxdur
E) 20-25% səhər yeməyi, 10% nahar, 25% axşam, 35-40% şam yeməyi
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
174) Yeni doğulmuşlarda böyük əmgək hansı sümüklərin arasında yerləşir və ölçüsü normada nə qədər olmalıdır?
A) Yeni doğulmuşlarda normada böyük əmgək bağlanmış olur
B) Ənsə və təpə sümükləri arasında, ölçüsü 3,5x3,5 sm
C) Təpə və alın sümükləri arasında, ölçüsü 2,0x2,5 sm
D) Alın və ənsə sümükləri arasında 4,5x4,0 sm
E) Təpə sümükləri arasında, ölçüsü 1,5x1,0 sm
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
175) Yeni doğulmuşun ətraflarında olan əzələ hipertoniyası uşağın hansı yaşınadək davam edir?
A) Yeni doğulmuşda ətraflarda hipertoniya olmur
B) 2,5-4 ayadək
C) 10 ayadək
D) Bir yaşadək
E) 6 ayadək
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
176) Südəmər uşağın fəqərə sütununda olan fizioloji əyriliklər fəqərənin hansı bölməsində və nə vaxt yaranır?
A) 5 ayda boyun lordozu, 10 ayda döş hissədə kifoz, 1,5 yaşda bel hissədə lordoz
B) 2 ayda boyun lordozu, 6 ayda döş hissədə kifoz, 1 yaşda bel lordozu əmələ gəlir
C) 2 ayda boyun kifozu, 6 ayda döş hissədə lordoz, 1 yaşda bel hissədə kifoz əmələ gəlir
D) 4 ayda boyun lordozu, 8 ayda döş kifozu, 2 yaşda bel hissədə lordoz əmələ gəlir
E) Südəmər uşaqlarda döş fəqərəsinin fizioloji əyrilikləri uşağın 2 yaşında yaranır
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
Dostları ilə paylaş: |