610) Narkozdan əvvəl xəstəyə premedikasiyanı kim təyin edir ?
A) Palata həkimi
B) Həkim-anestezioloq
C) Anestezist tibb bacısı
D) Qəbul şöbəsinin həkimi
E) Müalicə həkimi
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
611) Əməliyyatdan sonra 1-ci sutkada gözlənilən ağırlaşmalar hansıdır?
A) Sidik ləngiməsi
B) Yaradan qanaxma
C) Qusma
D) Yaranın irinləməsi
E) Pnevmoniya
Ədəbiyyat: В.М.Буянов, Ю.А.Нестеренко. «Хирургия» – М.: Медицина, 1990
612) Yataq yaralarının profilaktikası üçün görülməyən tədbir hansıdır?
A) Xəstənin çevrilməsi
B) Dərinin kamforalı spirtlə silinməsi
C) Yataq ağlarının ütülənməsi
D) Rezin halqanın qoyulması
E) Tənəffüs gimnastikası
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1980
613) Sümüklərin sınığı üçün xarakterik əlamət hansıdır?
A) Sümük fraqmentlərinin krepitasiyası
B) Qızartı
C) Hematoma
D) Şişkinlik
E) Yalançı oynaq
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. – М.: Медицина, 1983
Dostları ilə paylaş: |