805) Pandaktilit nəyin iltihabıdır?
A) Falanqalararası oynaqların
B) Dəri və selikli qişanın
C) Vətər yatağının
D) Barmağın bütün toxumalarının
E) Barmağın dərisinin
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
806) Abses açılan zaman hansı sarğıdan istifadə olunurmur?
A) Quru aseptik sarğı ilə
B) NaCl-un hipertonik məhlulu ilə
C) Vişnevski məlhəmi ilə
D) 3 %-li hidrogen-peroksid məhlulu ilə
E) Levomikol məlhəmi ilə
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
807) Qızılyel iltihabı zamanı dərinin rəngi necə olur?
A) Piqmentasiya
B) Avazımış
C) Al qırmzı, tam sərhədli hiperemiya
D) Al qırmızı yayılmış hiperemiya
E) Sianozlu
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
808) Anestezist tibb bacısının stolu üçün hansı alət daha vacibdir?
A) Diltutan
B) Mikuliç sıxıcısı
C) Kəlbətin
D) Yaragenəldici
E) Kornsanq
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
809) Onurğa beyin anesteziyasında Sovkainin neçə faizli məhlulundan istifadə olunur?
A) 0,25-0,5%
B) 0,5-1%
C) 1%
D) 5%
E) 0,1-0,2%
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
Dostları ilə paylaş: |