944) Çanaq gəlişlərində aşağıdakılardan hansı göstərişdir?
A) Hamilələrin doğuşa 2 həftə qalmış stasionara göndərilməsi
B) Doğuşun tezləşdirilməsi
C) Döl qişasının süni açılması
D) Dölün klassik üsulla döndərilməsi
E) Planlı Keysəriyyə əməliyyatının aparılması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
945) Həddindən artıq qusmada hamilədə nə baş verir?
A) Aritmiya
B) Anemiya
C) Bradikardiya
D) Taxikardiya
E) Hipertoniya
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
946) Nadir forma toksikoza nə aiddir?
A) Ürək bulanma
B) Tüpürcək ifrazının çoxalması
C) Qusma
D) Qaraciyərin kəskin sarı atrofiyası
E) Ödem
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
947) Hansı hamilənin sidiyini şəkərə görə yoxlamaq lazımdır?
A) Uşaqlıqda köhnə çapıq toxuma varsa
B) Gecikmiş doğuş olarsa
C) Çoxlu abort olunubsa
D) Iri döl doğan
E) Tezləşmiş doğuşlarda
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
948) Şəkərli diabeti olan anadan doğulan uşaqda ilk növbədə nəyi yoxlamaq lazımdır?
A) Sidiyin miqdarını
B) Qanda şəkərin miqdarını
C) Qan qrupunu və Rh-faktoru
D) Dərisinin rəngini
E) Ürək və tənəffüs sisteminin vəziyyətini
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
Dostları ilə paylaş: |