300) Mədə qanaxmasında həkiməqədər yardıma nə daxildir?
A) Aclıq, qansaxlyıcı preparatların tətbiqi
B) Mədənin yuyulması, buz qovuğunun tətbiqi
C) Qansaxlayıcı preparatlar, buz qovuğunun tətbiqi
D) Spazmolitik preparatlar, buz qovuğunun tətbiqi
E) Aclıq, buz qovuğunun tətbiqi
Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004
301) Düz bağırsağın iltihabı necə adlanır?
A) Kolit
B) Enterokolit
C) Proktit
D) Duodenit
E) Enterit
Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004
302) Mexaniki sarılıq hansı xəstəlik üçün xarakterikdir?
A) Qaraciyər sirrozu
B) Xroniki hepatit
C) Virus hepatiti
D) Xroniki xolesistit
E) Öd daşı xəstəliyi
Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004
303) Mədə xorasının kəskinləşmə dövründə xəstə hər gün qusma, “lax yumurta iyli gəyirmə” və arıqlama olarsa bu hansı mədə xorasının ağırlaşmasını göstərir?
A) Xoranın bədxassəli transformasiyası
B) Qanaxma
C) Mədənin pilorik hissəsinin stenozu
D) Perforasiya
E) Penetrasiya
Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004
304) Bu preparatlardan hansı sekretor çatışmazlıqla gedən xroniki qastritin müalicəsində işlədilir?
A) Simetidin
B) Qastroseptin
C) Ranitidin
D) Mədə şirəsi
E) Almaqel
Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004
305) Sekretor çatışmazlıqla gedən xroniki qastritə xas olan əsas əlamət hansıdır?
A) Qida qəbulundan sonra sağ qabırğaaltı nahiyədə ağrı
B) Dispeptik əlamətlər: qıcqırma, qusma, qəbizlik
C) Qida qəbulundan sonra epiqastral nahiyədə küt ağrı
D) Bağırsaq tərəfindən dəyişikliklər: ishal, köpmə, meteorizm
E) Gecə və acqarnına ağrılar
Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004
306) Eroziv qastriti olan xəstəyə hansı qrup preparatların təyin edilməsi məqsədə uyğun deyil?
A) Trankvilizatorlar
B) Geniş – spektrli antibiotiklər
C) Qeyri-hormonal iltihab əleyhinə preparatlar
D) Bürüyücü maddələr
E) Antasidlər
Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004
Dostları ilə paylaş: |